Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2794/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və Saatlı rayon Məhkəməsinin 23 dekabr 2016-cı tarixli 2 (055) 1921/2016 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 06 fevral 2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment 29 iyul 2016-cı il tarixdən tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Saatlı rayon Məhkəməsinin 03 aprel 2017-ci tarixli 2 (055) 612/2017 saylı icra vərəqəsinə əsasən, 08 mart 2013-cü ildə anadan olmuş Fatimə adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment 03 aprel 2017-ci il tarixdən tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş 01 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Saatlı rayon Məhkəməsinin 23 dekabr 2016-cı tarixli 2 (055) 1921/2016 saylı və Saatlı rayon Məhkəməsinin 03 aprel 2017-ci tarixli 2 (055) 612/2017 saylı icra vərəqələri üzrə 9800 manat borcu ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Saatlı rayon Məhkəməsinin 23 dekabr 2016-cı tarixli 2 (055) 1921/2016 saylı icra vərəqəsinə əsasən, 06 fevral 2015-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi hər ay 80 (səksən) manat sabit pul məbləğində alimenti 29 iyul 2016-cı il tarixdən başlayaraq, eyni zamanda Saatlı rayon Məhkəməsinin 03 aprel 2017-ci tarixli 2 (055) 612/2017 saylı icra vərəqəsinə əsasən, 08 mart 2013-cü ildə anadan olmuş Fatimə yetkinlik yaşına çatana kimi hər ay 80 (səksən) manat sabit pul məbləğində alimenti 03 aprel 2017-ci il tarixdən başlayaraq X3 ödəməlidir. Həmin icra vərəqələri üzrə X3 ödənilməmiş 9800 manat borcu yaranmışdır. Həmin məbləği maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X10 izahatında göstərmişdir ki, borclu Şəxs Saatlı rayon Məhkəməsinin 23 dekabr 2016-cı tarixli 2 (055) 1921/2016 saylı icra vərəqəsinə əsasən, hər ay 80 (səksən) manat sabit pul məbləğində alimenti 29 iyul 2016-cı il tarixdən başlayaraq, eyni zamanda Saatlı rayon Məhkəməsinin 03 aprel 2017-ci tarixli 2 (055) 612/2017 saylı icra vərəqəsinə əsasən, hər ay 80 (səksən) manat sabit pul məbləğində alimenti 03 aprel 2017-ci il tarixdən başlayaraq X3 ödəməlidir. Lakin, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə hər iki icra vərəqi üzrə 9800 manat aliment borcu yaranmış və dəfələrlə xəbərdarlı edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən. törədilmiş xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 01 noyabr 2021-ci il, saat 15:00-dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114-115, 128- 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 01 noyabr 2021-ci il, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2794/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2794/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver