Məhkəmə qərarları › İş №3(007)-2795/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2795/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2795/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərəçəkmiş şəxs X3, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X6 iştirakları ilə, xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Nizami rayon Polis İdarəsi 24cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Qara Qarayev prospekti 126 ünvanının qarşısında vətəndaş Şəxs zərəçəkmiş şəxs X5 mübahisə zəminində vuraraq ona fiziki xəsarət yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Qara Qarayev prospekti 126 ünvanının qarşısında vətəndaş Şəxs zərəçəkmiş şəxs X5 mübahisə zəminində vuraraq ona fiziki xəsarət yetirmişdir. Şikayət əsasında həmin iş üzrə xx.xx.2024-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs təmir ustası kimi tanımış, qızına məxsus evi təmir etməsi üçün onu cəlb etmiş, lakin o işin öhdəsindən gəlmədiyi üçün işdən uzaqlaşdırmışdır. Bir müddət sonra Xalqlar Dostluğu yaxınlığında yerləşən kafedə olarkən Şəxs ona yaxınlaşmış, təmir alətlərini ona qaytarmasını tələb etmiş, bu zaman onlar arasında mübahisə yaranmış və Şəxs onu bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Hal-hazırda ondan şikayətçidir və cəzalandırılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, görülən işlərlə bağlı Pənahov Eyvazın ona borcu qalmış, həmçinin evdə qoyduğu təmir alətlərini də qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış, qarşılıqlı olaraq bir-birinə xəsarət yetirmişlər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək Şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs həmin əməli törətməsi xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar ilə də təsdiq edilir. Həmin qərarla Şəxs barəsində İXM-in 157ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 353 saylı xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunur ki, X1 yanaq nahiyəsinin şişkinlik halında əzilməsi, sıyrığı, sol qasıq nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətin xx.xx.2024-cü il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində inzibati qaydada tutulmuşdur. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 manat məbləğində inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş şəxs Şəxs dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar