Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2797/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin Heydər Əliyev adına X9 nümayəndəsi X1 iştirakı ilə, “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 538-1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə akkreditasiya olunmadan xx.xx.2024-cü il tarixli, № CQ-CL-000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli, № CQ-CL-000235-24-V1 nömrəli sınaq protokollarında akkreditasiya nişanından istifadə edilməsi müəyyən edilmişdir. Nəticədə “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi X6 tərəfindən xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş müraciətinin araşdırılması zamanı əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, “X2” MMCnin Heydər Əliyev adına X15 uyğunluğu qiymətləndirilməsi fəaliyyətini həyata keçirən zaman akkreditasiya olunmadan fəaliyyət göstərmişdir. Belə ki, “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən akkreditasiya olunmadan xx.xx.2024-cü il tarixli, № CQ-CL- 000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli, № CQ-CL-000235-24-V1 nömrəli sınaq protokollarında akkreditasiya nişanından istifadə edilməsi müəyyən edilmişdir. Bununla da “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin adının düzgün göstərilməməsi fikrinə münasibətdə bildirir ki, keyfiyyət sertifikatında “X2 Haor Laboratory” hüquqi şəxsinin adı yazılmış, eyni zamanda həmin sertifikata vurulmuş möhürün üzərində Heydər Əliyev adına X9 adı qeyd edilmişdir. Habelə barəsində icraat aparılan şəxs tərəfindən təqdim olunan digər məktub və sənədlərdə həm X9, həm də “X2” MMC-nin adları yazılmış, zavoda məxsus blankın aşağı hissəsində “Socar Downstream” yazıldığı müəyyən edilmiş və həmin sənədlər Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmişdir. Dövlət Xidməti tərəfindən aparılan icraat zamanı və protokol tərtib edilən zaman hüquqi şəxsin nümayəndələrinin iştirakı təmin edilmiş, lakin etibarnamə təqdim etmədikləri üçün protokolda bu barədə qeydiyyat aparılmamışdır. Buna baxmayaraq onlara hüquq və vəzifələri, əlavə sübut və sənəd təqdim edə biləcəkləri izah edilmişdir. Lakin, icraat zamanı barəsində icraat aparılan hüquqi şəxsin adının düzgün və ya yanlış olması ilə bağlı hər hansı fikir bildirilməmiş, bu barədə hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda bildirir ki, “X2” MMC-yə inzibati xətaya səbəb olan halın aradan qaldırılması məqsədilə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göstərişlə xx.xx.2024-cü il tarixli CQ-CL-000216-24-V1 və xx.xx.2024-cü il tarixli CQ-CL-000235-24-V1 nömrəli keyfiyyət sertifikatlarının ləğv edilməsi tələb edilmişdir. Həmin göstərişə cavab olaraq Heydər Əliyev adına X9 xx.xx.2024-cü il tarixli 14-2-27/2-850/2024 nömrəli məktubu ilə sözügedən sertifikatların ləğv edildiyi bildirilmişdir. Göründüyü kimi, göstərişin “X2” MMC-yə verilməsi, lakin həmin göstərişin Heydər Əliyev adına X15 tərəfindən qəbul edilərək icra edilməsi, habelə Zavod tərəfindən məlumatın Dövlət Xidmətinə təqdim edilməsi həmin şəxslərin ya eyni şəxs, ya da tam əlaqəli şəxslər olduğunu bir daha sübut edir. Buna görə də protokol “X2” MMC-nin Heydər Əliyev adına X15 barəsində tərtib edilmişdir. Protokol əsaslıdır, qanunvericiliyə uyğun və düzgün tərtib olunmuşdur. Məhkəmədən “X2” MMC-nin Heydər Əliyev adına X15 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Heydər Əliyev adına X9 nümayəndəsi X4 yazılı izahat verərək bildirmişdir ki, Heydər Əliyev adına X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə inzibat məsuliyyətə cəlb edilməsi müddəti başa çatdığından hazırki iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X2” MMC-nin Heydər Əliyev adına X15 akkreditasiya olunmadan xx.xx.2024-cü il tarixli, CQ-CL-000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli, CQ-CL- 000235-24-V1 nömrəli sınaq protokollarında akkreditasiya nişanından istifadə olunması nəticəsində “X2 MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Akkreditasiya Mərkəzi PHŞ-nin xx.xx.2024cü il tarixli, 3-21-1-1/3-4-DY-233/2024 nömrəli, MSDİS Holding MMC-nin xx.xx.2024-cü il tarixli, M/32 nömrəli məktubları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinə əsasən akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsi həmin şəxsin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Qanun”un 2.2-ci bəndinə əsasən texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Heydər Əliyev adına X9 keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyasının akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurum olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X14 tərəfindən verilmiş AZ 01.0522.01.21 nömrəli, xx.xx.2021-ci il tarixli Akkreditasiya Attestatında göstərilmişdir ki, bu attestat təsdiq edir ki, ünvan 2 ünvanında yerləşən Heydər Əliyev adına X9 keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyası neft məhsullarının sınağının həyata keçirilməsi üçün AZS/SO/EC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Həmin Akkreditasiya Attestatının qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixədək olmuşdur. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Qanun"un 1.0.6-cı maddəsində göstərilmişdir ki, akkreditasiya attestatı-uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. Həmin Qanunun 1.0.7-ci akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişandır. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Qanun”un 6.1-ci maddəsinə əsasən Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən akkreditasiya attestatının nümunəsi vs akkreditasiya nişanının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən akkreditasiya attestatı akkreditasiya orqanı tərəfindən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli, 252 nömrəli qərarı ilə təsdiq edilmiş Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydalarının 5.3-cü bəndinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən akkreditasiya edilmiş qurum barədə məlumatlar uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli, 252 nömrəli qərarı ilə təsdiq edilmiş "Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə attestat tərtib edildiyi gün həmin qurumlar barədə məlumatlar və sənədlər akkreditasiya orqanı tərəfindən Reyestrə daxil edilir. Həmin Qaydaların 2.4 və 2.4.2-ci bəndlərinə əsasən attestatın verilmə tarixi və etibarlılıq müddəti barədə məlumatlar reyestrə daxil edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxsin akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurum olmasına və həmin qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə istinad edərək “X2” MMC-nin Heydər Əliyev adına X15 barəsində İXM-in 538-1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İXM-in 538- 1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən ilk növbədə hüquqi şəxsin hansı tarixdən akkreditasiya olunmadan fəaliyyət göstərməsinə diqqət yetirilməli idi. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası barədə attestat tərtib edildiyi gün həmin qurumlar barədə məlumatlar və sənədlər, eləcə də attestatın verilmə tarixi və etibarlılıq müddəti barədə məlumatlar akkreditasiya orqanı tərəfindən Reyestrə daxil edilir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X14 tərəfindən verilmiş AZ 01.0522.01.21 nömrəli, xx.xx.2021-ci il tarixli Akkreditasiya Attestatından görünür ki, Akkreditasiya Attestatının qüvvədə olma müddəti xx.xx.2024-cü ildə bitmişdir. Göründüyü kimi, akkreditasiya edilmiş qurum barədə məlumatların uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil olunması və həmin reyestrə nəzarət etmək qurumları reyestrə daxil etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxsin akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurum olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. “X2” MMC-nin Heydər Əliyev adına X15 dövlət qurumlarının reyestrində mövcud deyildir. Hətta hesab edilsə ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş “X2” MMC-nin Heydər Əliyev adına X15 Xidmətin iddia etdiyi qurum siyahısına daxildir, o zaman hazırki iş üzrə icraata İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin Heydər Əliyev adına X9 nümayəndəsi X4 yazılı izahatını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, protokol düzgün tərtib olunmamışdır. Belə ki, uzun müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Heydər Əliyev adına X15na hüquqi şəxsin adı barədə dəqiqləşdirmə üçün müraciət etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən onlara rəsmi müraciət olunaraq lazım olan sənədləri tələb edərək, hüquqi şəxsin adı dəqiqləşdirilməli idi və protokolda hüquqi şəxsin adı düzgün yazılmalı idi. Tərtib olunmuş protokolda hüquqi şəxsin adına düzəliş edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığından hesab edir ki, protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 538-1.1-ci maddə akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsidir. Hər şey akkreditasiya attestatının üzərində qurulmalıdır. Akkreditasiya attestatının müddəti isə 3 ildir. Müddət isə xx.xx.2024-cü il tarixində bitmişdir. Həmin tarixdən sonra isə məsuliyyətə cəlb etmə müddəti başlamışdır. Məsuliyyətə cəlb etmə müddəti, yəni dörd aylıq müddət artıq bitmişdir. Akkreditasiya nişanı isə akkreditasiyadan keçdikdən sonra verilir. Məhkəmədən göstərilənlərə əsasən “X2” MMC-nin Heydər Əliyev adına X9 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” X13 tərəfindən verilmiş № AZ 01.0522.01.21 nömrəli Akkreditasiya Attestatından görünür ki, bu attestat təsdiq edir ki, ünvan 3 ünvanında yerləşən Heydər Əliyev adına X9 Keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyası neft məhsullarının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Attestat xx.xx.2021-ci il tarixdə verilmişdir və xx.xx.2024-cü il tarixədək etibarlıdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” X13 tərəfindən verilmiş № AZ 01.0522.02.21 nömrəli Akkreditasiya Attestatından görünür ki, bu attestat təsdiq edir ki, ünvan 3 ünvanında yerləşən Heydər Əliyev adına X9 Keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyası neft məhsullarının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Attestat xx.xx.2021-ci il tarixdə verilmişdir və xx.xx.2024-cü il tarixədək etibarlıdır. Attestatın nömrəsinə xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-1/1- 2819/2024 nömrəli tapşırığın icrası barədə Xidməti Məruzədən görünür ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-1/1-2819/2024 nömrəli tapşırığına “Azərbaycan Akkreditasiya Mərkəzi” X14də aidiyyəti üzrə baxılmışdır. Dövlət Xidmətinə daxil olmuş müraciətin araşdırılması zamanı yaranmış suallarla əlaqədar bildirilmişdir ki, sözügedən sorğuda göstərilən və aşağıda qeyd edilən hər 3 (üç) bənd eyni quruma - Heydər Əliyev adına X9 Keyfiyyətə nəzarət sınaq laboratoriyasına aiddir (Attestat: AZ 01.0522.02.21. Attestatın qüvvədən düşmə tarixi: xx.xx.2024). “HAOR” isə həmin laboratoriyanın ingiliscə adlarının baş hərfləridir.
1. X2 Haor Laboratory-nin akkreditasiya olunmasına dair məlumatlar;
2. Heydər Əliyev adına X15 laboratoriyasının akkreditasiya olunmasına dair məlumatlar;
3. Akkreditasiya attestatının nömrəsi AZ 01.0522.02.21 olan qurumun adı. - "xxxx" MMC-nin baş direktoru Mirfəyyaz Nağıyev tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırova ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində "xxxx" QSC-dən “MS OİL"-ə daxil olmuş yanacaqla bağlı Eşqin Musayevdən başqa heç bir vətəndaş şikayət etməmişdir. Vətəndaş E.Musayev bu məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş və bununla bağlı müvafiq sənədlər toplanaraq aidiyyəti üzrə yönləndirilmişdir. Vətəndaşın etdiyi şikayət öz təsdiqini tapmamışdır. - “X2 HAOR Laboratory” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № CQ-CL- 000216-24-V1 nömrəli keyfiyyət sertifikatından görünür ki, benzin məhsulunun laborator sınaqları keçirilmiş və akkreditasiya nişanından istifadə edilmişdir. - “X2 HAOR Laboratory” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № CQ-CL- 000235-24-V1 nömrəli keyfiyyət sertifikatından görünür ki, benzin məhsulunun laborator sınaqları keçirilmiş və akkreditasiya nişanından istifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsinə əsasən akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Heydər Əliyev adına X9 Keyfiyyətə nəzarət üzrə sınaq laboratoriyasına verilmiş AZ 01.0522.02.21 nömrəli Akkreditasiya Attestatının qüvvədə olma müddətinin 26 yanvar 2024-cü il tarixdə bitməsinə baxmayaraq “X2 HAOR Laboratory” tərəfindən ünvan 1 ünvanında benzin məhsulunun laborator sınaqları keçirilmiş, akkreditasiya nişanından istifadə edilərək xx.xx.2024-cü il tarixli, № CQ-CL-000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli, № CQ- CL-000235-24-V1 nömrəli keyfiyyət sertifikatları verilmişdir. Halbuki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Digər tərəfdən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişandır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən akkreditasiya attestatının nümunəsi vs akkreditasiya nişanının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən akkreditasiya attestatı akkreditasiya orqanı tərəfindən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin Qanunun 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın tərəflərinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, “X2” MMC-nin Heydər Əliyev adına X9 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapsa da, xətanın törədildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X5 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, AZ 01.0522.02.21 nömrəli Akkreditasiya Attestatının qüvvədə olma müddətinin 26 yanvar 2024-cü il tarixdə bitməsinə baxmayaraq “X2 HAOR Laboratory” tərəfindən ünvan 1 ünvanında benzin məhsulunun laborator sınaqları keçirilmiş, xx.xx.2024-cü il tarixli, № CQ-CL-000216-24-V1 nömrəli və xx.xx.2024-cü il tarixli, № CQ-CL-000235-24- V1 nömrəli sınaq protokollarında akkreditasiya nişanından istifadə edilmişdir. Bununla da müəyyən edilir ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilmişdir. Göründüyü kimi “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən inzibati xətanın törədildiyi gündən 4 aydan çox müddət keçmişdir, bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA A L D İ:
“X2” MMC-nin Heydər Əliyev adına X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Mətanət Hacıyeva