Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2797/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat vermiş və suallara cavab olaraq bildirmişdir ki, MN ******* nömrəli qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunub-olunmamasına dair onlarda hər hansı sübut olmadığı üçün məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 çıxışında bildirmişdir ki, ümumiyyətlə onun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan və barəsində tərtib olunmuş inzibati protokoldan məlumatı olmamış, bu barədə heç bir orqan ona məlumat verməmiş, nə də ünvanına poçtla hər hansı bir bildiriş gəlməmişdir. Ona sonradan barəsində belə bir qərar və protokol olması məlum olmuşdur. O, ifadəsinin sonunda barəsində tərtib olunmuş protokolun onu tərtib etmiş orqana geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, barəsində tədbiq edilmiş şəxs inzibati cərimə ödəmədikdə bu cərimənin ödənilməsi üçün işlədiyi müəssisə (işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisə, idarə, təşkilat və ya pensiya təyin edən orqan) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarına əlavə edilmiş Nizami rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025ci il tarixli (imzalanmayan və göndərən şəxs barəsində məlumatlar olmayan) məktubdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən Şəxs MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icra edilməsi məqsədilə qərarlar onlara göndərilmişdir. Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-14097/2025 nömrəli məktubda nəzərdə tutulmuş tədbirlər görülməmiş və nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inziabti xəta törədilmişdir. Qeyd olunan protokol baxılması üçün məhkəməyə göndərilsə də, həmin protokolun tərtib edilməsinə əsas olmuş hallar barədə hər hansı bir sənəd nə protokola əlavə edilmiş, nə də hazırki vaxtadək məhkəməyə təqdim edilməmişdir. Belə ki, Şəxs MMC barəsində əvvəllər inzibati tənbeh vermə haqqında qərarın mövcud olması, həmin qərardan MMC-nin nümayəndəsinin məlumatının olması, məlumatı olduğu halda həmin qərar əsasında tətbiq edilmiş cərimənin ödənilməməsi barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş material natamamdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, MN ******* nömrəli, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun Şəxs MMC-nin nümayəndəsinə təqdim edilməsi və ya göndərilməsi barədə sənəd də protokola əlavə edilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş material natamam olduğundan MN ******* nömrəli, 26 may 2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109- cu maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2797/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2797/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver