Məhkəmə qərarları › İş №3(007)-2799/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2799/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2799/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X5, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, X5 Bakı şəhər BPİ-nin DYPİ-nin 15 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhər BPİ-nin DYPİ-nin 15 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2021-ci il tarixdə səhər saat 8 radələrində Şəhidlər Xiyabanından Nazirlər Kabineti istiqamətində Mehdi Hüseyn küçəsi ilə hərəkətdə olarkən işıqforun yanıb-sönən işığında hərəkətini davam etdirmişdir. Bu zaman şəxsiyyəti ona sonradan məlum olan Bakı şəhəri DYPİ-nin Müşayət-Eskort bölüyünün YPX inspektoru polis serjantı X1 əmri ilə dayandırılmışdır. DYP inspektoru heç bir əsas olmadan, ona görüntü təqdim etmədən yol hərəkəti qaydasını pozduğunu, işıqforun qadağanedici nişanında keçdiyini və buna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə olunduğunu demişdir. İnspektorun iddiasına qarşılıq olaraq işıqforun yaşıl işığının yanıb-sönmə anında keçdiyimi bildirsə də, DYP inspektoru dediklərinə məhəl qoymadan onu cərimələmişdir. Protokolun əsassız olması ilə elə həmin gün Asanpay elektron kabinetindən yuxarı orqana şikayət ünvanlamışdır. Şikayətinə Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsində baxılmış, videogörüntüyə onun iştrakı ilə baxılmışdır. Xüsusilə diqqət yetirmək istərdi ki, DYP əməkdaşları tərəfindən ona nümayiş etdirilən yeganə videogörüntüdə onun idarə etdiyi “Mercedes Benz E240” markalı **-SY- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin işıqforun qadağanedici nişanında keçməsi öz təsdiqini tapmamışdır. Lakin təəssüf hissi ilə qeyd edir ki, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin 21 oktyabr 2021-ci il tarixli 046-108070Ə-3221 nömrəli qərarı aldığı zaman çox məyus olmuşdur. Belə ki, videogörüntüdə onun inzibati qayda pozuntusuna yol verməyi öz təsdiqini tapmadığı bir halda Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin rəisi Rəşid Piriyevin imzası ilə ona 27 oktyabr 2021-ci il tarixdə rəsmi təqdim olunan cavabda “yol sahəsində quraşdırılmış kameralar vasitəsi ilə qeydə alınmış videogörüntüdə təsdiqini tapmışdır” kimi göstərilmişdir. Belə olan halda, o, məhkəmə tərəfindən araşdırma aparılarkən sözügedən videogörüntünün təqdim olunmasını da xahiş edir. Bakı şəhər DYPİ-nin Müşayət-Eskort bölüyünün YPX inspektoru polis serjantı X3 15 sentyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X5 şikayətində göstərilənlərin əsası yoxdur, inzibati xəta vizual olaraq aşkar edilmişdir, svetoforun qırmızı işığı yandığı anda digər yolda yaşıl işıq yanır və qırmızı işıqda hərəkət qadağan olur. Təqdim etdikləri videogörüntü ilə də təsdiq olunur ki, X2 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir, hansı ki, svetoforun yaşıl işığı yanan hissədə nəqliyyat vasitələri artıq hərəkətə başlamışlar, axım gəlmişdir. Hesab edir ki, şikayətdə qeyd edilənlərin əsası yoxdur. Şikayətin rədd olunmasını, mübahisələndirilən 15 sentyabr 2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin DYPİ-nin 15 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, həmin tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 15 sentyabr 2021-ci il tarixdə saat 08:56da Bakı şəhəri, Mehdi Hüseyn küçəsində “Mercedes Benz E240 minik” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə, X8 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir; -Bakı şəhər BPİ-nin DYPİ-nin rəisi tərəfindən X6 ünvanlanmış 21 oktyabr 2021-ci il tarixli 046-108070Ə-3221 nömrəli məktubdan görünür ki, onun, yol patrul xidməti əməkdaşı tərəfindən barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı Baş X13 İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətə baxılmışdır. Bildirirlər ki, 15 sentyabr 2021-ci il tarixdə o, “Mercedes” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Mehdi Hüseyn küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinin tələbinə riayət etməyərək svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə qanunvericiliyin tələbinə uyğun inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağı qeyd olunan yol sahəsində quraşdırılmış kameralar vasitəsi ilə qeydə alınmış videogörüntüdə təsdiqini tapmışdır. Araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Müraciətlə bağlı onunla mobil telefon əlaqəsi saxlanılaraq DYP-nin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ətraflı məlumatlar verilmiş, telefon danışığı zamanı o, heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər BPİ-nin X13 İdarəsi tərəfindən təqdim edilmiş, inzibati xətanın aşkar edilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu DVD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Videogörüntülərlə müəyyən edilmişdir ki, “Mercedes” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhərinin Mehdi Hüseyn küçəsində hərəkətdə olarkən svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirmiş, svetoforun hərəkətə icazə verən işığında hərəkətə başlayan nəqliyyat vasitəsi isə buna görə məcburi olaraq öz hərəkətini dayandırmalı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında -kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X8 15 sentyabr 2021-ci il tarixdə saat 08:56-da Bakı şəhəri, Mehdi Hüseyn küçəsində “Mercedes Benz E240 minik” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş, bununla da onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən tənzimlənən qaydaları (svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar) pozmuşdur. Bu fakt, işdə olan digər materiallarla yanaşı xəta anının qeydə alındığı videogörüntü ilə təsdiq olunur. X5 irəli sürdüyü dəlillərin, eləcə də şikayətin təmin olunaraq mübahisələndirilən qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Məlumdur ki, səlahiyyətli orqan tərəfindən də müvafiq araşdırma aparılmış və X5 barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün qanuni əsasların olduğu, qərarın isə iş üzrə faktiki hallara uyğun olaraq, toplanmış sübutlar əsasında qəbul edildiyi müəyyən edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 15 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X5 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Bakı şəhər BPİ-nin DYPİ-nin 15 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar