Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2803/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, şikayətçi – X4 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 03 may 2025-cı il tarixdə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində ona məxsus 99BE941 Dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN JETTA” markalı avtomobillə hərəkətdə olarkən DYP-nin Yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və barəsində İXP7096437 nömrəli elektron protokol tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozduğu qeyd edilərək 3 cərimə balı və 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin protokolda onun “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyi” qeyd olunmuşdur. O, bu protokola etiraz etsə də, YPX əməkdaşı video və ya foto sübut təqdim etməmiş və etirazı nəzərə alınmadan TP7222444 nömrəli inzibati qərar qəbul edilmişdir. Bundan əlavə, barəsində tərtib edilmiş inzibati protokolla bağlı video və ya foto materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin E-Polis Elektron Xidmətlər Portalındakı şəxsi kabinetinə də əlavə lunmamışdır. Bu da həmin protokol və qərarın sübutlarla əsaslandırılmadığını göstərir. Qeyd olunan qərarla razılaşmır və hesab edir ki, barəsində çıxarılmış qərarın hüquqi əsası yoxdur. Belə olan halda sadalanan xüsusatları nəzərə alaraq hesab edir ki, əməlində inzibati xəta tərkibinin əsasları mövcud deyildir. Bu səbəbdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bütün bunları nəzərə alaraq İXP7096437 saylı protokolla DYP-nin Yol patrul xidmətinin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7222444 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş qərar əsassızdır və onun tərəfindən qərarda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir. Belə ki, o, qırmızı işıqda keçməmiş, svetoforun yaşıl işığı yanıb-sönərkən keçmişdir. Qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs Sadiq Həsənzadə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində İXP ******* saylı protokolla DYPİ-nin YPX əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla razılaşmayaraq aşağıdakı əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, 03 may 2025-ci il tarixində saat 16:16-radələrində X5 idarə etdiyi VOLKSVAGEN JETTA minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində svetoforun qadağanedici siqnalı verilərkən hərəkəkətini davam etdirərək qayda pozuntusuna yol vermişdir. Bakı şəhəri BPİ DYPİ-də aparılan araşdırma zamanı DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasımda olan görüntülərə baxış keçirilmiş, həmin qayda pozuntusu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə barəsində qərar çıxarılmış X4 şikayətinin təmin edilməməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 16:16 radələrində “VOLKSWAGEN JETTA” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində hərəkət edərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş videomateriala baxış keçirilərkən sürücü tərəfindən inzibati xəta törətməsi açıq-aşkar müəyyən edilmişdir. Belə ki, sürücü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində svetoforun qadağanedici siqnalı verilərkən hərəkəkətini davam etdirilməklə İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2803/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2803/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver