Məhkəmə qərarları › İş №3(007)-2811/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2811/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2811/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, A.Ələsgər küçəsi ev 12-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 15 fevral 2024-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. O cümlədən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs gəlməmiş, məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə verərək göstərmişdir ki, “VAZ 2114 markalı **- RM-*** dövlət qeydiyyat nişanlı avtomobil 2007-ci ildən X1 tərəfindən idarə edilir, həmin vaxtdan onun istifadəsində olmamışdır. Ona görə inzibati cərimələr onun adına qeydiyyata alına bilməzdi. Bununla əlaqədar, barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun polis orqanına geri qaytarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 15 fevral 2024-cü il tarixdə “VAZ 21124 minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tərtər-Hindarx yolu, 67.5-ci km, Tərtər ist. idarə edərkən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 15 fevral 2024-cü il tarixli, EQ seriyalı, 19481848 nömrəli qərarla 50 manat məbləğində cərimə edilmişdir. Şəxs məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə elektron qaydada müraciət edərək, ona məxsus “VAZ 21124 minik” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2007-ci ildən X1 tərəfindən etibarnamə əsasında sürülməsi və mövcud cərimələrin onun tərəfindən qazanıldığını, nəqliyyat vasitəsinin hazırda Ağdam rayonunda istismar olunduğunu göstərmiş, cərimələr Şükürov Kənan tərəfindən ödənilmədiyi üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, sözügedən nəqliyyat vasitəsinin Şəxs istifadəsində, idarəçiliyində olması, inzibati xətanın məhz onun özü tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, inzibati xəta törətməsi ehtimal olunan Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan belə sübutetmə vəzifəsi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalı, yuxarıda qeyd olunanlar araşdırıldıqdan sonra, buna müvafiq hüquqi əsaslar olduqda, material mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 21 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar