Məhkəmə qərarları › İş №3(007)-2816/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2816/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2816/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Bakı şəhəri Nizami rayon X7 Şöbəsinin yol patrul xidməti inspektou, polis serjantı X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1. və 511.1.1-ci maddələri ilə Bakı şəhəri Nizami Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-CÜ İL TARİXDƏ xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində “TOYOTA PRİUS” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkət edərkən avtomobilin sürücüsü yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etdiyinə görə və hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsilə sürət yarışı həyata keçirdiyinə görə saxlanılmış, bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozduğu müəyyən edilmişdir. Bununla da o, İXM-in 327.1 və 511.1.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Daxili İşlər Nazirliyi Nizami rayon DYPŞ Yol Patrul Xidməti inspektoru X3 tərəfindən xx.xx.2024-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:35-də Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman digər nəqliyyat vasitəsinin sürücüsü ilə sürət yarışı keçirmiş, hal-hazırda törətdiyi əməldən peşman olmasını və 2 azyaşlı uşağının olmasını qeyd edərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi Nizami rayon DYPŞ Yol Patrul Xidməti inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs “TOYOTA PRİUS” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkət edərkən yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etdiyinə görə və hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsilə sürət yarışı həyata keçirdiyinə görə saxlanılmış barəsində protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, “TOYOTA PRİUS” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə qaydalarını dəfələrlə pozmuş, eyni istiqamətdə olan digər nəqliyyat vasitəsi ilə sürət yarışı keçirmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 511.1.1-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İXM-nin 511.1.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN X4 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar