Məhkəmə qərarları › İş №3(007)-2819/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2819/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2819/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1, tələbkar Abdullayeva (Məmmədova) Çimnaz Elxan qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 03 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2 (008) 500/2019-cu il saylı 16.01.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar 3175 manat aliment borcunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 111/2020 saylı 28.01.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 5000 manatı ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2 (008) 500/2019-cu il saylı 16.01.2019-cu il tarixli icra sənədi üzrə 3175 manat alment borcunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 111/2020 saylı 28.01.2020-ci il tarixli icra sənədi üzrə 5000 manatı tələbkar Abdullayeva (Məmmədova) Çimnaz Elxan qızına ödəməmişdir. Hazırda Şəxs ödənilməmiş aliment borcundan tələbkara 300 manat ödəmiş etmişdir. Şəxs icra sənədləri üzrə borcunu maddi vəziyyətinin ağır olması ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında tələbkar Abdullayeva (Məmmədova) Çimnaz Elxan qızı izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2 (008) 500/2019-cu il saylı 16.01.2019-cu il tarixli icra sənədi üzrə 3175 manat alment borcunu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 111/2020 saylı 28.01.2020-ci il tarixli icra sənədi üzrə 5000 manatı ona ödəməmişdir. Hazırda aliment borcundan 300 manat ödəniş etmişdir. Şəxs qarşı şıkayətinin olmadığını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, tələbkar Abdullayeva (Məmmədova) Çimnaz Elxan qızına Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2 (008) 500/2019-cu il saylı 16.01.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar 3175 manat ödənilməmiş alment borcu və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007) 111/2020 saylı 28.01.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ödənilməmiş 5000 manat borcu olmuşdur. Borcunu maddi vəziyyətinin ağır olması ilə əlaqədar ödəyə bilməmiş, lakin borcu ödəməkdən yayınmır və hazırda aliment borcundan tələbkara 300 manat ödəniş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati iş üzrə icraat materiallarına əlavə olunmuş tələbkar Abdullayeva (Məmmədova) Çimnaz Elxan qızının ərizəsindən görünür ki, borclu Şəxs aliment borcundan 300 manat ödəniş etmiş, sonuncuya qarşı şıkayəti yoxdur və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki mərhələdə borclu Şəxs icra sənədi üzrə müvafiq məbləğdə tələbkara ödəniş etməsi və tələbkarın şikayətinin olmaması ilə bağlı hallar onun icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 03 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar