Məhkəmə qərarları › İş №3(007)-282/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-282/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-282/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 08 avqust 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Ramil Mehdiyev tərəfindən qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X1 “Neftçilər” Metrostansiyasının yaxınlığında 1 nəfər şəxsin ondan mobil telefonunu təmir etdirmək üçün aldığını, 15 manat pulu həmin şəxsə təmir üçün verdiyini, lakin həmin şəxsin hadisə yerindən uzaqlaşaraq geri qayıtmadığı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasnda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə “Neftçilər” Metrostansiyasının yaxınlığında X1 təmir etmək məqsədilə mobil telefonunu və 15 manat pulunu alıb telefonu qaytarmamış və nəticə etibarı ilə M.Əliyevə 64 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Neftçilər” Metrostansiyasının yaxınlığında Şəxs təmir etmək məqsədilə onun mobil telefonunu və 15 manat pulunu alıb telefonu qaytarmamış və bununla ona 64 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs etdiyi əmələ görə bağışlamır və ona dəymiş 64 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Neftçilər” Metrostansiyasının yaxınlığında X1 təmir etmək məqsədilə mobil telefonunu və 15 manat pulunu alıb telefonu təmir üçün “Xalqlar Dostluğu” yaxınlığında ustaya vermiş, lakin sonradan telefonu qaytara bilməmişdir. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu toplanmış sənədlərlə əlaqəli tədqiq edib, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilir və onun əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növünün tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 yanvar 2022-ci il, saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 27 yanvar 2022-ci il, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar