Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2828/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi QədirliNigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X4 və protokol tərtib etmiş səlahiyyətli orqanın etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, X9 küçəsi, ev 40 ünvanında yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etməmişdir. Bununla da İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X6 çıxış edərək bildirdi ki, hüquqi şəxs tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin edilməmişdir. Qeyd olunanlara əsaslanaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru X3 məhkəmə iclasında çıxış edərək rəsmi olaraq Şəxs MMC-nin direktoru vəzifəsində qeydiyyata alınsa da, hər hansısa səlahiyyətinin olmadığını, hüquqi şəxslə hər hansısa bir əlaqəsinin olmadığını, tanımadığı şəxslər tərəfindən formal olaraq onun adına rəsmiləşdirildiyini bildirmiş, qeyd olunan səbəbdən hüquqi şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X6 tərəfindən təqdim olunmuş əmək müqaviləsi icbari sığorta məlumatları barədə çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən 22 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanılmış, lakin həmin şəxslər hüquqi şəxs tərəfindən icbari qaydada sığorta olunmamışlar. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli ******* saylı qərardad və digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, 5000 manat (beş min manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2828/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2828/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver