Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-283/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X4, tələbkarlar X3, X1, X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 08 aprel 1984-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2395 saylı icra vərəqəsindən görünür ki, 3000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 26 manatı cavabdeh Şəxs tutularaq iddiaçı X8 ödənilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsindən görünür ki, Şəxs 4000 manat pul və 43 qram (583 əyar) qızıl alınıb X6 verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs yaranmış borca görə 15 000 manat və 30 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2395 saylı icra vərəqəsi üzrə 3000 manatı tələbkar X8, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsi üzrə 4000 manat pulu və 43 qram (583 əyar) qızılı tələbkar X6 və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 15 000 manatı tələbkar X2 ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X10 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2395 saylı icra vərəqəsi üzrə 3000 manatı tələbkar X8, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsi üzrə 4000 manat pulu və 43 qram (583 əyar) qızılı tələbkar X6 və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 15 000 manatı tələbkar X2 ödəməlidir. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra vərəqələri üzrə tələbkarlara heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında tələbkar X11 izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə və icra sənədinə əsasən 3000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 26 manatı cavabdeh Şəxs tutularaq ona ödənilməlidir. Lakin borclu hal-hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə və icra sənədinə əsasən, Şəxs yaranmış borca görə 15 000 manat və 30 manat dövlət rüsumu tutularaq ona ödənilməlidir. Lakin borclu hal-hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında tələbkar X9 izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə və icra sənədinə əsasən, Şəxs 4000 manat pul və 43 qram (583 əyar) qızıl alınıb ona verilməlidir. Lakin borclu hal-hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2395 saylı icra vərəqəsi üzrə 3000 manatı tələbkar X8, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsi üzrə 4000 manat pulu və 43 qram (583 əyar) qızılı tələbkar X6 və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 15 000 manatı tələbkar X2 ödəməlidir. İcra vərəqəsinin icrasından yayınmır, lakin maddi imkanı olmadığına görə hazırda həmin məbləği ödəyə bilmir. Odur ki, icra vərəqəsi üzrə heç bir ödəniş edə bilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş üzrə icraat materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsi tam sübuta yetirilir və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2395 saylı icra vərəqəsindən görünür ki, 3000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 26 manatı cavabdeh Şəxs tutularaq iddiaçı X8 ödənilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2395 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2395 saylı icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzürsüz səbəbdən icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsindən görünür ki, Şəxs 4000 manat pul və 43 qram (583 əyar) qızıl alınıb X6 verilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3649 saylı icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzürsüz səbəbdən icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs yaranmış borca görə 15 000 manat və 30 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. İşdə olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2659 saylı icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzürsüz səbəbdən icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli sayır və bаrəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə Şəxs barəsində törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə tənbeh tədbirinin tətbiq edilməsini tənbehin məqsədlərinə uyğun hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114-115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-283/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-283/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver