Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2832/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC tərəfindən avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşınması qaydaları pozulmuşdur. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru R.S.Rəhimov tərəfindən xx.xx.2024-cü il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:35 radələrində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin əməkdaşları **-YP-*** nömrəli avtopatrulla Bakı şəhəri, Nizami rayonunun ərazisində xidmət aparan zaman “FORD CARGO 2524 Xüsusi Təyinatlı” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəli yük olan yanacaq ilə saat 24:00-dan tez və təhlükəli yüklərin hərəkət marşrutu ilə deyil, insanların sıx toplaşdığı ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olduğuna görə saxlamışlar. Belə ki, Qanunun tələbinə görə təhlükəli yüklər saat 24:00-dan sonra və təhlükəli yüklərin hərəkət marşrutu ilə daşınmalıdır. Buna görə də Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən “FORD CARGO 2524 Xüsusi Təyinatlı” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 11 saylı inzibati duracağa yerləşdirilmiş, sürücü X3 izahatı alınaraq xx.xx.2024cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 348 və 355-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin, təhlükəli yüklərin daşınması qaydalarını pozan Şəxs MMC-nin ünvanına dəfələrlə məktub göndərilərək nümayəndəsini dəvət etsələr də məktubları geri qayıtmışdır. Bundan sonra Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsi ilə protokol tərtib etmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Şəxs MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 təhlükəli yükün daşınması qaydalarını pozduğuna görə və yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 348 və 355-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - “FORD CARGO 2524 Xüsusi Təyinatlı” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 izahatının məzmunundan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 23:35 radələrində təhlükəli yük ilə “FORD CARGO 2524 Xüsusi Təyinatlı” markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olduğunu qeyd etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin portaldan çıxarışından görünür ki, "FORD CARGO 2524 Xüsusi Təyinatlı” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsinə əsasən nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşınması qaydaları pozulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 348-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydalarının 2.1, 2.5 və 2.6-cı bəndlərinə əsasən təhlükəli yüklərin daşınma marşrutunun müəyyən edilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və DYP ilə razılaşdırılması həmin yükləri daşıyan avtonəqliyyat müəssisələri və ya sənaye müəssisələrinin (hüquqi şəxslərin) avtonəqliyyat təsərrüfatları və fiziki şəxslər tərəfindən həyata keçirilir. Təhlükəli yüklərin daşınmasını həyata keçirən avtonəqliyyat müəssisələri daşınma marşrutunun təsdiq edilməsi üçün DYP-yə və Fövqəladə Hallar Nazirliyinə bu Qaydaların 6 nömrəli əlavəsində verilmiş siyahıya uyğun olaraq məlumatlar təqdim edir. DYP və Fövqəladə Hallar Nazirliyi həmin məlumatları aldıqdan sonra 10 gün ərzində daşınma marşrutunu razılaşdıraraq avtonəqliyyat müəssisəsinə qaytarır (6 nömrəli əlavə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2832/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2832/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver