Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2859/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X7 Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən xx.xx.2022ci il tarixdə X2 müraciəti əsasında toplanmış HK-1/2347 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, ünvan 2 ünvanda yaşayan X5 xx.xx.2022ci il tarixdə saat 12:36-da DİN-in 102 xidmətinə zəng vuraraq Samir adlı şəxsin avtomobilini təmir etməsi müqabilində 210 manat ödəyəcəyini, lakin həmin pulu ödəməməklə aldatdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X6 tərəfindən xx.xx.2022-ci il tarixində MN №1548257 saylı protokol tərtib edilərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Həmin protokolda həmçinin göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixində ona məxsus “Mercedes” markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilini Nurlan Cəbiyevə təmir etdirdikdən sonra 210 manat ödəyəcəyini bildirsə də Nurlanın etibarından sui-istifadə edərək, həmin məbləği ona qaytarmamaqla aldatmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X6 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verməklə, Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X1 Samir Ələddin oğlu tərəfindən 210 manatın ona verilməsi və onun barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş Şəxs bildirdi ki, Nurlan Cəbiyev avtomobilini vəd verdiyi vaxtdan gec təhvil verməklə müvafiq qaydada təmir etməmişdir. Odur ki, barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, hazırki inzibati iş üzrə materialda əks olunan hallarda inzibati xəta tərkibi olmamaqla mülki xarakterli məsələlərə aid edildiyindən, şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN №1548257 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2859/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2859/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver