Məhkəmə qərarları › İş №3(007)-2862/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2862/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2862/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətə hazırlıq mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş şikayətdən görünür ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən X1 barəsində 34 sayda inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində qəbul edilmiş həmin 34 sayda inzibati tənbeh vermə haqqında elektron qərarların cəm halında ləğv edilməsi barədə Bakı şəhər Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən X1 barəsində qəbul edilmiş 34 sayda inzibati tənbeh vermə haqqında elektron qərarlara münasibətdə verilmiş şikayətə baxıla bilməz və hər bir qərar üzrə ayrı ayrılıqda müstəqil şikayət verilməli və mahiyyəti üzrə baxılmalıdır. Odur ki, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 34 sayda inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət və sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 34 sayda inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət və sənədlər geri qaytarılsın. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar