Məhkəmə qərarları › İş №3(007)-2863/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2863/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2863/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC ********.00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ********.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin 46.271.250,00 rubl məbləğində vəsaiti xaricə köçürməsi və qanunla müəyyən olunmuş 2 (iki) il müddət ərzində sözügedən vəsait hesabına alınan malları ölkəyə idxal etməməsinə və ya köçürülmüş vəsaiti geri qaytarmamasına və bununla da Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol müvafiq qaydada baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edəcəyi və iş üzrə olduqca mötəbər sayılacaq faktlara əsasən hesab edir ki, Mərkəzi Bank tərəfindən Cəmiyyət barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir və bu səbəbdən Cəmiyyət barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Cəmiyyət ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, idxalı, ixracı, topdan və pərakəndə satışı istiqamətində bir sıra xarici hüquqi və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə kommersiya fəaliyyətini həyata keçirməkdədir. Qeyd olunan bu kommersiya fəaliyyətinə müvafiq olaraq Rusiya Federasiyasının Krasnodar Vilayətində fəaliyyət göstərən X8 ilə Cəmiyyət arasında 27 aprel 2021-ci il tarixində beynəlxalq alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən Satıcı razılaşdırılmış miqdarda və keyfiyyətdə, kisələrlə qablaşdırılmış şəkər tozunu alıcıya verməyi və eyni zamanda həmin müqavilənin 2.5-ci maddəsinin tələbinə əsasən Cəmiyyət hər mal partiyasına görə ödənilməli olan vəsaitin 100% həcmində vəsaiti əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.5-ci maddəsinin tələbinə əsasən bu müqavilə üzrə Cəmiyyətə göndəriləcək yükün göndərilməsinə məsul şəxsin Rusiya Federasiyası, Krasnodar vilayətinin, Beloreçensk şəhərində, 31 iyul 2018-ci il tarixli, **********12464 nömrəli şəhadətnamə əsasında fəaliyyət göstərən fərdi sahibkar X9 (bundan sonra yükgöndərən) olması müəyyən edilmişdir. Həmin müqavilənin 27 aprel 2021-ci il tarixli, 1 saylı Əlavəsinə əsasən bir ton vahidinin dəyəri 41000 rubl olmaqla, ümumilikdə 326.565.000,00 rubl dəyərində 7965 ton malın Cəmiyyət tərəfindən alınaraq ölkəyə idxal olunması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 27 aprel 2021-ci il tarixli, 2 saylı Əlavəsinə əsasən malların partiyalar şəklində göndərilməsi və nəqliyyat xərci də daxil olmaqla hər bir mal partiyası üçün həm malın dəyərinə görə, həm də malın daşınmasına görə ödəniləcək vəsaitin həcmi tərəflər arasında müəyyənləşdirilmişdir. Sözügedən bu Əlavənin tələbləri əsasında əldə olunmuş razılaşmaya uyğun olaraq ilk partiya üzrə 36.753.750 rubl dəyərində 1012,50 ton malın göndərilməsi razılaşdırılmışdır. Eyni zamanda müqavilə üzrə əldə olunan razılığa əsasən sözügedən 1012,50 ton malın daşınması üçün zəruri olan 30 vaqona görə ödənilməli olan 9.517.500 rubl məbləğində nəqliyyat xərcinin də Cəmiyyət tərəfindən ödənilməsi razılaşdırılmışdır. Beləliklə, malların birinci partiyasının göndərilməsi məqsədi ilə Cəmiyyət tərəfindən Satıcıya onun tərəfindən təqdim olunacaq elektron invoys-qaimə əsasında ümumilikdə 46.271.250 rubl məbləğində vəsaitin köçürüləcəyi tərəflər arasında razılaşdırılmışdır. Malın partiyalar şəklində göndərilməsi və ayrı-ayrılıqda göndəriləcək 8 (səkkiz) mal partiyası üzrə hər mal partiyasına görə Cəmiyyətin ödəməli olduğu vəsaitin tərəflər arasında razılaşdırılmasına baxmayaraq Satıcı 28 aprel 2021-ci il tarixində YT-28 saylı elektron invoys-qaiməni Cəmiyyətə göndərərək, müqavilənin 2 saylı Əlavəsi üzrə razılaşdırılmış bütün mal partiyalarına görə Cəmiyyət tərəfindən ödənilməli olan ümumilikdə 326.565.000,00 rubl məbləğində vəsaitin ona məxsus bank hesablarına köçürülməsini tələb etmişdir. Buna baxmayaraq, müqavilə şərtlərinə uyğun olaraq malın yuxarıda qeyd olunan birinci partiyasının göndərilməsi məqsədi ilə ümumilikdə 46.271.250 rubl məbləğində vəsaitin köçürülməsi Cəmiyyət tərəfindən təmin edilmişdir. Lakin, Satıcı müqavilənin 2 saylı Əlavəsi ilə razılaşdırılmış birinci partiya üzrə ümumi çəkisi 1012,50 ton olan, 30 vaqon malın göndərilməsinə dair öhdəliyini icra etməmişdir. Sonuncu ilə Cəmiyyət arasında olan bu uyğunsuzluğun aradan qaldırılması və razılaşdırılmış malların idxal edilməsi, bu mümkün olmadıqda isə köçürülmüş vəsaitin geri qaytarılması istiqamətində Cəmiyyət tərəfindən əməli addımlar atılmış və aparılmış danışıqların nəticəsi olaraq 03 iyun 2021-ci il tarixdə ümumi dəyəri 8.302.500 rubl məbləğində mal qarşı tərəfdən göndərilməklə müvafiq olaraq Cəmiyyət tərəfindən aidiyyati gömrük orqanlarına bəyan edilməklə ölkəyə idxal edilmişdir. Bundan sonra Cəmiyyət tərəfindən Satıcıya ünvanlanmış məktubla qalıq 37.968.750 rubl məbləğində vəsaitin geri qaytarılması tələb edilmişdir. Nəticə olaraq, 04 iyun 2021-ci il tarixdə 2.000.000 rublun, 25 iyun tarixində isə 1.500.000 rubl və 2.300.000 rubl olmaqla ümumilikdə 5.800.000 rubl məbləğində vəsaitin geri qaytarılması təmin edilmişdir. Beləliklə, müqavilə üzrə öhdəliyinin icrası ilə əlaqədar Satıcıya məxsus bank hesabına köçürülmüş 46.271.250 rubl məbləğində vəsait üzrə ümumilikdə 8.302.500 rubl məbləğində mal ölkəyə idxal edilmiş, 5.800.000 rubl vəsaitin isə geri qaytarılması təmin edilmişdir. Qeyd olunan bütün bu faktlar vəsatətə əlavə olunmuş 30 iyun 2021-ci il tarixli üzləşmə aktına əsasən də öz təsdiqini tapmaqdadır. Müqavilənin icra olunmamasının ən mühüm səbəbi isə müqavilənin 3.5-ci maddəsi ilə müəyyən olunmuş yük göndərənin qəsdən yükün göndərilməsindən imtina etməklə dələduzluq tərkibli əməl törətməsi və bununla da Satıcının Cəmiyyət qarşısında müqavilə üzrə öhdəliyinin icrasına mane törətməsidir. Belə ki, Satıcı ilə yük göndərən arasında mövcud olan razılaşmaya əsasən yük göndərən müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən olunmuş həcmdə yükün Cəmiyyətə göndərilməsini təmin etməli, Satıcı isə yük göndərən tərəfindən Cəmiyyətə göndərilmiş malın dəyərini yük göndərənə ödəməli idi. Lakin, vəsatətə əlavə olunmuş Rusiya DİN-in Beloreçensk rayonu üzrə İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Vlasova E.S tərəfindən qəbul edilmiş 27 avqust 2021-ci il tarixli, №**********1000796 nömrəli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərara əsasən müəyyən olunmuşdur ki, Olesya O.O (yükgöndərən) və Karpyuk A.A qabaqcadan əlbir olan qrup şəklində hərəkət edərək, fərdi sahibkar S.F.Kolmıkı (Satıcı) aldadaraq, şəkər tozunun təchizatına dair 27/04-21 nömrəli müqaviləni bağlamaq bəhanəsi ilə S.F.Kolmıkdan 45.815.625 rubl məbləğdə pul vəsaitlərini almışlar. Sonuncu həmin pul vəsaitlərini xx.xx.2021-ci il tarixdə ******************** nömrəli hesablaşma hesabına köçürmüşdür. Karaqodina O.O. və A.A.Karpyuk əldə etdikləri pul vəsaitləri üzərində öz mülahizələrinə görə sərəncam vermiş, üzərlərinə götürdükləri öhdəlikləri icra etməyərək, sonuncuya yuxarıda qeyd olunan məbləğdə, yəni xüsusilə külli miqdarda ziyan vurmuşlar. Qeyd etmək yerinə düşər ki, Cəmiyyət tərəfindən köçürülmüş ümumi məbləğlə S.F.Kolmık tərəfindən Olesya.O.O-ya köçürülmüş vəsait arasındakı fərq olan 455.625 rubl məbləğində vəsait S.F.Kolmıkın bu müqavilə və əməliyyatdan qazanacağı gəlirdir. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən cinayət işi üzrə vurulmuş ziyanın aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə Krasnodar diyarı Beloreçensk rayon məhkəməsinin 29 oktyabr 2021ci il tarixli qərarları ilə yuxarıda qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus əmlaklar və bank hesabları üzərinə həbs qoyulmasına dair Rusiya DİN-in Beloreçensk rayonu üzrə İstintaq şöbəsinin baş müstəntiqi S.V.Nesmeyanovun vəsatəti təmin edilməklə təqsirləndirilən şəxs X7 məxsus O 0** BA *** region dövlət qeydiyyat nişanlı, VİN: WDD2211701A131593, 2007-ci il buraxılşı, 650 000 rubl dəyərində “Mersedes-Benz S450” markalı avtomobilin və X5 məxsus K 8** XC *** region dövlət qeydiyyat nişanlı, VİN: SALVA2BB4DH787712, 2013-cü il buraxılşı, 1 200 000 rubl dəyərində “X15 Rover” markalı avtomobilin, o cümlədən təqsirləndirilən şəxslərə məxsus bank hesablarının üzərinə həbs qoyulması nəzərə alınmışdır. Qeyd olunmalı və məhkəmənin nəzərə almalı olduğu əsas xüsusat isə ondan ibarətdir ki, cinayət işinin istintaqını həyata keçirən müstəntiqin 06 may 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarına əsasən Cəmiyyət bu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur: “xx.xx.2021-ci il tarixdə günorta saatlarında fərdi sahibkar Karaqodina O.O. və Karpyuk A.A., qabaqcadan əlbir olan qrup şəklində hərəkət edərək, Krasnodar diyarı, Beloreçensk şəhəri, Aerodromnaya küçəsi, ev 2/1 ünvanda olarkən öz hərəkətlərinin həqiqi xarakteri ilə bağlı FS (fərdi sahibkar) S.F.Kolmıkı aldadaraq, şəkər tozunun təchizatına dair 27/04-21 nömrəli müqaviləni bağlamaq bəhanəsi ilə Şəxs MMC-dən 45 815 625 rubl məbləğdə pul vəsaitlərini almışlar. Həmin pul vəsaitlərini vasitəçi olan FS "Kolmık S.F.” ******************** nömrəli hesablaşma hesabına köçürmüşdür. Karaqodina O.O. və A.A.Karpyuk əldə etdikləri pul vəsaitləri üzərində öz mülahizələrinə görə sərəncam vermiş, üzərlərinə götürdükləri öhdəlikləri icra etməyərək, Şəxs MMC-yə yuxarıda qeyd olunan məbləğdə, yəni xüsusilə külli miqdarda ziyan vurmuşlar.” Sözügedən qərar vəsatətə əlavə edilmişdir. Bütün bu baş verən hadisələrə görə Cəmiyyətə vurulan ziyanın aradan qaldırılmasını təmin etmək məqsədi ilə tərəflərindən Satıcıya qarşı 35.968.750 rubl məbləğində iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(113)-444/2022 saylı qətnaməsinə əsasən iddia tələbləri təmin edilmiş, Satıcıdan (X8) 35.968.750 rubl məbləğində borcun və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində haqqın, o cümlədən, dövlət rüsumunun əvəzi olaraq 750 manat məbləğində pul vəsaitinin tutularaq Cəmiyyətə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə 06 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, tanınması və icra olunması üçün Rusiya Federasiyasına göndərilmişdir. Göründüyü kimi, Cəmiyyət olaraq müqavilə üzrə öhdəliklərini icra etməklə mal alınması məqsədi ilə köçürmüş olduqları vəsaitin dəyərinə uyğun malların idxalı və ya həmin vəsaitin tam olaraq qaytarılmaması Cəmiyyətin təqsirliyi ucbatından deyil, başqalarının dələduzluq tərkibli cinayət əməllərinə yol vermələri səbəbindən baş vermişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə isin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Yuxarıda qeyd edilən fakt və əsaslardan da göründüyü kimi, müqavilə üzrə malların tam şəkildə idxal olunmaması Cəmiyyətin iradəsindən asılı olmayan səbəblərdən baş vermiş, o cümlədən Cəmiyyət bu malların idxal edilməsi və ya köçürülən vəsaitin geri qaytarılması istiqamətində mümkün olan bütün hüquqi prosedurları tətbiq etmişdir. Əlavə olaraq bildirilir ki, aparılan inzibati xəta haqqında iş üzrə icraat barədə Mərkəzi Bank tərəfindən Cəmiyyətə ümumiyyətlə məlumat verilməmiş, Cəmiyyətin nümayəndəsinin icraatda iştirakı təmin olunmamış, aparılan bu icraat barədə Cəmiyyətə heç bir məktub, bildiriş və s. bir sənəd göndərilməmiş, beləliklə, Cəmiyyətin hüquqları Mərkəzi Bank tərəfindən kobudcasına pozulmuşdur. Cəmiyyətin onun barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları ilə tanış olmaq, izahatlar vermək və s. hüquqları vardır. Lakin, məhkəməyə təqdim edilmiş iş materiallarından da göründüyü kimi Mərkəzi Bank bu hüquqların heç birinə məhəl qoymayaraq, öz mülahizələrinə uyğun olaraq, tələsik şəkildə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib etməklə baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 52.1, 52.2, və 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən sözügedən inzibati xətanın törədilməsinə Cəmiyyətin heç bir aidiyyətinin olmamasını, o cümlədən bu xətanın törədilməsində Cəmiyyətin təqsirliliyinin sübuta yetirilməməsini əsas götürərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Alıcı Şəxs MMC ilə satıcı X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KCxx/xx/2021 nömrəli beynəlxalq alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən Satıcı razılaşdırılmış miqdarda və keyfiyyətdə, kisələrlə qablaşdırılmış şəkər tozunu alıcıya verməyi və eyni zamanda həmin müqavilənin 2.5-ci maddəsinin tələbinə əsasən Cəmiyyət hər mal partiyasına görə ödənilməli olan vəsaitin 100% həcmində vəsaiti əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.4-cü maddəsinin tələbinə əsasən bu müqavilə üzrə Cəmiyyətə göndəriləcək yükün göndərilməsinə məsul şəxsin Rusiya Federasiyası, Krasnodar vilayətinin, Beloreçensk şəhərində, 31 iyul 2018-ci il tarixli, **********12464 nömrəli şəhadətnamə əsasında fəaliyyət göstərən fərdi sahibkar X9 (bundan sonra - yükgöndərən) olması müəyyən edilmişdir. - həmin müqavilənin 27 aprel 2021-ci il tarixli, 1 saylı Əlavəsinə əsasən bir ton vahidinin dəyəri 41000 rubl olmaqla, ümumilikdə 326.565.000,00 rubl dəyərində 7965 ton malın Cəmiyyət tərəfindən alınaraq ölkəyə idxal olunması nəzərdə tutulmuşdur. - həmin müqavilənin 27 aprel 2021-ci il tarixli, 2 saylı Əlavəsinə əsasən malların partiyalar şəklində göndərilməsi və nəqliyyat xərci də daxil olmaqla hər bir mal partiyası üçün həm malın dəyərinə görə, həm də malın daşınmasına görə ödəniləcək vəsaitin həcmi tərəflər arasında müəyyənləşdirilmişdir. Sözügedən bu Əlavənin tələbləri əsasında əldə olunmuş razılaşmaya uyğun olaraq ilk partiya üzrə 36.753.750 rubl dəyərində 1012,50 ton malın göndərilməsi razılaşdırılmışdır. Eyni zamanda müqavilə üzrə əldə olunan razılığa əsasən sözügedən 1012,50 ton malın daşınması üçün zəruri olan 30 vaqona görə ödənilməli olan 9.517.500 rubl məbləğində nəqliyyat xərcinin də Cəmiyyət tərəfindən ödənilməsi razılaşdırılmışdır. Beləliklə malların birinci partiyasının göndərilməsi məqsədi ilə Cəmiyyət tərəfindən Satıcıya onun tərəfindən təqdim olunacaq elektron invoys-qaimə əsasında ümumilikdə 46.271.250 rubl məbləğində vəsaitin köçürüləcəyi tərəflər arasında razılaşdırılmışdır. - xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KC-xx/xx/2021 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən X1 hesabına 46271250 rubl köçürülmüşdür. - Rusiya DİN-in Beloreçensk rayonu üzrə İŞ-nin baş müstəntiqi, ədliyyə kapitanı E.S.Vlasova tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, O.O.Karoqodina və A.A.Karpyuk barəsində Rusiya Federasiyasının CM-nin 159-cu maddəsinin 4-cü hissəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur. - Rusiya DİN-nin Beloreçensk rayonu üzrə müstəntiqi D.Y.Kurbakov tərəfindən qəbul edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, **********1000796 saylı cinayət işi üzrə Şəxs MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 04 iyun 2021-ci il tarixdə, 2.000.000 rublun, xx.xx.2021-ci il tarixdə 1.500.000 rubl və 2.300.000 rubl olmaqla ümumilikdə 5.800.000 rubl məbləğində vəsaitin geri qaytarılması təmin edilmişdir. - Şəxs MMC tərəfindən X6 ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC X2 sifarişləri ləğv olunduğundan 37968750 rubl məbləğində vəsaitin geri qaytarılmasını xahiş edir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2-2(113)-444/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 35.968.750 (otuz beş milyon doqquz yüz altmış səkkiz min yeddi yüz əlli) rubl məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 400 (dörd yüz) və dövlət rüsumunun əvəzi olaraq 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Şəxs MMC-yə ödənilməsi qət edilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X11 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar