Məhkəmə qərarları › İş №3(007)-2874/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2874/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2874/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X8, tələbkarlar X4 və X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonunun Qorqan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədi qəsəbəsi fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(007)- 3915/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru T.S.Ağayev tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X13 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 15000 manat pulun və 30 manat dövlət rüsumunun X5 xeyrinə, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 30000 manat pulun və 26 manat dövlət rüsumunun X9 xeyrinə, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 3500 manat pulun X2 xeyrinə, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4000 manat pulun və 43 qram qızılın X6 xeyrinə tutulması qərara alınmışdır. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, həmin qərarlar və tələbin könüllü icrası barədə bildirişlər borclunun ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilmişdir. Bundan sonra da borclu icra sənədləri üzrə borcunu ödəməmişdir. Borclu Şəxs icra sənədlərini icra etməkdən boyun qaçırır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2022-ci ilin yanvar ayında barəsində protokol tərtib edilib məhkəməyə gətirilənə qədər barəsində olan icra sənədlərindən məlumatı olmamışdır. Məhkəmə iclasları ilə bağlı onun ünvanına heç bir bildiriş gəlməmiş, məhkəmə iclasları onun iştirakı olmadan keçirilib barəsində qərarlar qəbul edilmişdir. Onun barəsində axtarış elan olunduqdan sonra bu barədə məlumatı olmuş və icra şöbəsinə getmişdir. O, barəsində qəbul edilmiş 4 qətnamənin hər birindən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Vəsatətlərinin təmin olunub-olunmaması barədə heç bir məlumatı olmamışdır. X16 15000 manat deyil, 5000 manat borcu olmuşdur. Həmin borcdan da ödəmiş, 700 manat borcu qalmışdır. İcra sənədləri üzrə borclarını ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X14 izahat verərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 30000 manat əsas borcun və 26 manat dövlət rüsumunun Şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X10 izahat verərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 15000 manat pulun və 30 manat dövlət rüsumunun Şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə cəmi 200 manat ödənilmişdir. Həmin pul da icra məmurundadır, hələ ona verilməmişdir. X1 və X7 məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs yaranmış borca görə 15000 (on beş min) manatın və 30 manat dövlət rüsumunun X4 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 30000 (otuz min) manat əsas borcun və 26 manat dövlət rüsumunun X9 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4000 (dörd min) manat pulun və 43 qram (583 əyar) qızılın X6 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3500 (üç min beş yüz) manat pulun X3 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(007)-3915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. - borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(007)-2395/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(007)-3649/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(007)-3915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini üzrsüz olaraq icra etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar