Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2891/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkarın etibarnamə üzrə nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Heydər Əliyev prospekti, ev 72 ünvanında qeydiyyatda olan , Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, MTT(007)-78/2022 saylı qərarından görünür ki, e- 2(007)-1929/2022 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılana qədər iddiaçı Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, e 24, 70 saylı mənzilin sökülməsi, kommunal xətlərin kəsilməsi və həmin mənzillə bağlı hər hansı tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmiş və qərardad dərhal icra edilərək, icrası Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2022-ci il tarixli, MTT(007)-78/2022 saylı iş üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Nizami rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunur ki, "xxxx" MMC tərəfindən ona məxsus olan mənzilin kommunal xətlərinin kəsilmişdir. İş materiallarına aid olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli e163739/2022-7-24-005 nömrəli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs1 məxsus olan mənzilin kommunal xətlərinin bərpa edilməsi barədə MMC-nin rəhbəri Şəxs xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən inzibati xətta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İbadov X4 rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, MTT(007)-78/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, e 24, 70 saylı mənzilin kommunal xətlərinin kəsilməsi və mənzildə hər-hansı işlərin aparılmasına qoyulmuş qadağalara əməl etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Nizami rayon Məhkəməsinin icra sənədi üzrə icra işi mövcuddur, icra sənədlərinin icrasına başlanılmış və Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Lakin, Zərərçəkmiş şəxs1 tərəfindən Nizami rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixli ərizə "xxxx" MMC tərəfindən ona məxsus olan mənzilin kommunal xətlərinin kəsildiyini bildirmişdir və bununla Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hal-hazırda kommunal xəttlərin kəsilmədiyini, yalnız sayğacların söküldüyünü qeyd etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, e 24, 70 saylı mənzilin kommunal xətləri kəsilməmişdir. Mənzil "xxxx"MMC tərəfindən təhvil alınmadığına görə sayğacların sökülməsi və ya kommunal xəttlərin kəsilməsi mümkün deyildir. Sayğacların oğurlanmasına görə isə məsuliyyəti "xxxx"MMC daşımır. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın etibarnamə üzrə nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2 çıxış edərək bildirdi ki, "xxxx"MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 24, 70 saylı mənzilin kommunal xətləri kəsilmiş, sayğaclar isə sökülmüşdür. Qeyd olunanlara əsaslanaraq, hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 05 dekabr 2022-ci il tarixli, xx-xx/7670 saylı məktubla "xxxx" ASC tərəfindən verilmiş cavab məktubundan bəlli olur ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 24, 70 saylı mənzilə aid sayğac, mənzil tikinti kooperativi tərəfindən təhvil verilməmiş və "xxxx" tərəfindən təhvil alınmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 24, 70 saylı mənzilə aid kommunal xəttlər kəsilməmişdir, mənzilə aid sayğacın mövcud olmamasına görə məsuliyyəti isə, mənzil təhvil alınmadığından, MTK daşıya bilməz. Beləliklə iş üzrə sübutlar və proses iştirakçılarının izahatları ilə müəyyən olundur ki, Şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 24, 70 saylı mənzilin kommunal xətlərinin kəsilməsi və mənzildə hər-hansı işlərin aparılmasına qoyulmuş qadağalar pozulmamışdır. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 07 dekabr 20222-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2891/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2891/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver