Məhkəmə qərarları › İş №3(007)-2891/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2891/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2891/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 8, mənzil 12 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 96433,44 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 21 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 38554,04 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 22 may 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Vəkil izahatında bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının EP ******* №-li, 22 may 2024-cü il tarixli inibati xəta haqında protokolunda qeyd edilir: Şəxs MMC 96433,44 ABŞ dolları məbləgində vəsaiti 21 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38554,04 ABŞ dolları məbləgində vəsait hesabına alınan malları(xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, 02 fevral 2022-ci il tarixdə Şəxs MMC, “X2 Co.,Ltd” (Çin) şirkəti ilə L28/1, 26 fevral 2022-ci il tarixdə isə L28/2 saylı Müqavilə imzalamışdır. L28/1 saylı müqavilənin məbləği 43382,75 ABŞ dolları, L28/2 saylı Müqavilə üzrə 137762,05 ABŞ dollar təşkil etmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixdə L28/1 saylı Müqavilə üzrə mallar tam olaraq idxal edilmiş, gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş (xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi № **********4009, bəyannamənin məbləği 43382,75 ABŞ dolları) və Sifarişçiyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə isə L 28/2 saylı Müqaviləyə əsasən digər mallar üzrə də, 2 gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş (xx.xx.2022-ci il tarixli №**********1434 bəyannamə üzrə 53197,30 və xx.xx.2022-ci il tarixli №**********4009 bəyannamə üzrə 43382,75 ABŞ dolları). Beləliklə, 2 bəyannamə üzrə idxal edilmiş malların həcmi 99208,01 ABŞ dolları olmuş və 38553,95 ABŞ dolları həcmində qalıq malların “X2 Co.,Ltd” (Çin) tərəfindən müqaviləyə uyğun olaraq növbəti mərhələdə göndərilməsi qərara alınmışdır. Lakin, sonradan idxal edilmiş malların keyfiyyət göstəricilərində problem yarandığı üçün Şəxs MMC müqaviləyə xitam verərək, qalıq 38553,95 ABŞ dollar məbləğin hesablarına geri qaytarılmasını tələb etmişdir. Şirkət xx.xx.2022-ci il tarixdə “X10 Firm” (Çin) hüquq şirkəti ilə müqavilə imzalayaraq bu problemin həllini istehsalçı şirkətə həvalə etmişdir. Şirkət bu xidmət üçün əlavə olaraq 750 ABŞ dolları ödəniş də, etmişdir. Çin hüquqşünasların səyi nəticəsində müəyyən razılığa gəlinmişdir. “X2 Co.,Ltd” 38553,95 ABŞ dolları vəsaiti Azərbaycana geri qaytarmağın mümkünlüyünü belə qeyd etmişlər ki, Şəxs MMC-nin maliyyə öhdəçiliyini üçüncü şəxsin ödənişi ilə qarşılaya biləcəklərini təsdiq edirlər. “X2 Co.,Ltd”-nin bu qərarına Şirkət razılıq vermişdir. Bununla baglı xx.xx.2024-ci il tarixdə Şəxs MMC və “X2 Co.,Ltd” arasında 26 fevral 2022-ci il tarixli L28/2 saylı Müqaviləyə 1 №-li Əlavə imzalanmışdır. Razılaşmaya əsasən “X2 Co.,Ltd” şirkətinin tapşırığı ilə Şəxs MMC-nin hesabına üçüncü şəxs 30000 USD ödəməsi haqqında öhdəçilik götürmüşdür. Üçüncü şəxs tərəfindən 30000 ABŞ dollar vəsaiti hesablarına vaxtında köçürülsə də, "xxxx" ASC aparılmış uzun müddətli araşdırmadan sonra həmin vəsaiti yalnız xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin valyuta hesabına köçürmüşdür. Son 2 ildə ABŞ-ın banklara qarşı apardığı sanksiya siyasəti də, valyuta vəsaiti köçürmələrinin günlərlə, aylarla yubanmasına səbəb olmuşdur. Bundan əlavə, məlumat üçün bildirir ki,Şəxs MMC 28 mart 2023-cü il tarixdə “X5 Equipment Co., Ltd” (Çin) şirkəti ilə 432000 ABŞ dolları həcmində müqavilə baglamış və malların idxalı üçün İstehsalçı şirkətlərinə 407000 ABŞ dolları həcmində vəsait ödəmişdir. Qalan 25000 ABŞ dolları həcmində vəsait Çin hüquqşünasların səyi və o cümlədən onların bildirişinə əsasən “X2 Co.,Ltd” tərəfindən əvəzləşdirilmiş və “X5 Equipment Co., Ltd” (Çin) şirkəti 432000 ABŞ dolları həcmində malı şirkətlərinə idxal etmişdir. Şirkətləri 3 gömrük bəyannaməsi ilə (xx.xx.2023-cü il tarixli №**********3150 saylı gömrük bəyannaməsi, məbləg 160000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi №**********0703, məbləğ 103000 ABŞ dolları və xx.xx.2024-cü il tarixli gömrük bəyannamsəi, məbləğ 169000 ABŞ dolları) malları rəsmiləşdirmişdir. Beləliklə, “X5 Equipment Co., Ltd” (Çin) şirkətinə köçürülmüş məbləğ 407000 ABŞ dolları təşkil etsə də, idxal edilən malın həcmi 432000 ABŞ dolları təşkil etməklə yanaşı, 25000 ABŞ dolları həcmində xeyirlərinə müsbət saldo yaranmışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır”. Şirkətləri bu normaya tam olaraq riayət etmiş və inzibati xəta hadisəsi törətməmişdir. Əgər xaricə köçürülmüş vəsaitin 38553,95 ABŞ dollar qalıq hissəsinin ölkəyə idxal edilməsində haradasa keçikmə halı baş vermişdirsə bu Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. Belə olan halda da, Şəxs MMC-nin hərəkətində inzibati xəta tərkibi yoxdur. Ümumilikdə, L28/2 saylı Müqavilə üzrə yaranmış 38553,95 ABŞ dolları həcmində mənfi saldo, şirkətlərinin xeyrinə 16446,05 ABŞ dolları məbləğində müsbət saldo ilə əvəzlənmişdir (30000,00 USD geri qaytarılmış və 25000,00 USD isə əvəzi ödənilmədən mal idxal edilmişdir). Beləliklə də, Şəxs MMC 21 aprel 2022-ci il tarixdə xaricə köçürdüyü 96433,44 ABŞ dolları məbləgində valyuta vəsaitini qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal etmiş, Beynəlxalq aləmdə son illərdə yaranmış çətinliklər qarşısında valyuta vəsaitini geri qaytarmaga nail olmuşdur. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarının 4.3.1.3-cü bəndinin tələblərindən biri də odur ki, müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarı ilə belə qərara alınmışdır ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Şəxs MMC 17 ildir ki, fəaliyyət göstərir və 100-dən çox idxal-ixrac əməliyyatı həyata keçirmişdir. Bunun müqabilində dövlət büdcəsinə milyonlarla vəsait köçürülmüşdür. Şirkətləri bütün hallarda qanunvericiliyin tələblərinə sadiqdir və qanuna zidd əməllərdən törətməkdən çəkinir. Bununla yanaşı, son zamanalar beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı həddindən artıq risklər meydana gəlməsinə baxmayaraq, şirkət həmin riskləri idarə etməyə çalışır. Bununla bağlı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Həmin Qanunun və Azərbaycan Respublikası Mərkəzi X6 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarının həmin tələbi ilə baglı onu da, nəzərə çatdırır ki, Şəxs MMC və “X2 Co.,Ltd” arasında 26.02. 2022-ci il tarixli L28/2 saylı Müqaviləyə 1-li Əlavəyə uygun olaraq 30000 USD üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Lakin, "xxxx" ASC 22 may 2024-cü il tarixdə qanunsuz olaraq EP ******* №-li, inibati xəta haqında protokol tərtib etmiş və 30000 USD-nin köçürülməsi ilə baglı “ geri qaytarılma olmasına dair qeyd olmadıgını” xx.xx.2024cü il tarixdə səbəb kimi bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunub ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimələr tətbiq olunur. Hazırki halda isə hesab edir ki, şirkət tərəfindən xaricə ödənilmiş məbləğlərə görə malların tam idxal edilməsi və qalıq vəsaitin geri qaytarılması nəzərə alınaraq İXM 430.4-cü maddəsi Şəxs MMC-nə tətbiq edilməməlidir. Şirkəti xaricə ödənilmiş və malların idxal olunmamış 38553,95 ABŞ dolları məbləğində vəsaiti nəinki geri qaytarmağa nail olmuş, o cümlədən əlavə vəsait ödəmədən onlarla razılaşdırılmaqla borclu tərəfindən üçüncü şəxs vasitəsi ilə 25000 ABŞ dolları məbləğində ölkəyə artıq mal idxal edilməklə şirkətin xeyrinə 16446,05 ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən inzibati xəta hadisəsi olmadıgına görə Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işin icraatına həmin məcəllənin 53.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərəfi dinləyib iş materiallarında olan sənədlərə əsaslanaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Republikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 fevral 2022-ci il tarixli, L28/2 saylı müqavilədən görünür ki, satıcı “X2 Co.,Ltd” (Çin) şirkəti ilə alıcı Şəxs MMC arasında malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin məbləği 137762,05 ABŞ dolları təşkil etmiş, müqavilə imzalandıqdan sonra avans olaraq 30% - 41328,61 ABŞ dolları, qalan 70% - 96433,44 ABŞ dolları isə 60 gün müddətində ödənilməlidir. İş materiallarında olan və "xxxx" ASC tərəfindən təsdiq edilmiş invoysun surətindən görünür ki, 26 fevral 2022-ci il tarixli, L28/2 saylı müqavilə üzrə avans olaraq 30% - 41328,61 ABŞ dolları Şəxs MMC tərəfindən “X2 Co.,Ltd” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 21 aprel 2022-ci il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən “X2 Co.,Ltd” şirkətinin hesabına 96433,44 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan satıcı “X2 Co.,Ltd” (Çin) şirkəti, alıcı Şəxs MMC və ödəyici “Sokhtmoni Jadid” LLC arasında bağlanmış 26 fevral 2022-ci il tarixli, L28/2 saylı müqaviləyə 1 №-li, 10 aprel 2024-cü il tarixli əlavədən görünür ki, 30000 ABŞ dolları məbləğində dəyəri ödənilmiş mal tam həcmdə çatdırılmadığından “X2 Co.,Ltd” (Çin) şirkəti ilə alıcı Şəxs MMC arasında bağlanmış 26 fevral 2022-ci il tarixli, L28/2 saylı müqaviləyə əsasən “Sokhtmoni Jadid” LLC həmin məbləğdə pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-xx.xx.2024 dövrü əhatə edən 24 may 2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, 10 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 30000 ABŞ dolları məbləğində pul 03 may 2024-cü il tarixdə Şəxs MMC-nin hesabına daxil olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti Korporativ müştəri xidməti üzrə baş mütəxəssis Zenfira Səfərli tərəfindən ünvanlanmış 24 aprel 2024cü il tarixli elektron məktubun mətnində qeyd olunur ki: təqdim olunan əlavə razılaşma üç tərəfli təqdim edilməlidir; daxilolmanın təyinatında səhv invoys və müqaviləyə istinad edilib, geri qaytarılma olmasına dair qeyd yoxdur. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi X3r. İş materiallarında olan Zaur Abdullayev tərəfindən "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti Korporativ müştəri xidməti üzrə baş mütəxəssis Zenfira Səfərliyə ünvanlanmış 25 aprel 2024-cü il tarixli elektron məktubun mətnində qeyd olunur ki: Salam Zenfira xanım. İnvoys və üçtərəfli müqaviləni Sizə göndərirəm. Üçtərəfli müqaviləyə 1-2 saat ərzində ödəyici möhür vurub geri göndərəcək. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən “X2 Co.,Ltd” (Çin) şirkətinə xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, idxal edilmiş malların keyfiyyət göstəricilərində problem yarandığı üçün Şəxs MMC müqaviləyə xitam verdiyini qeyd etmiş və 38553,95 ABŞ dollar məbləğin hesablarına geri qaytarılmasını tələb etmişdir. Pul 30 gün müddətində qaytarılmayacağı təqdirdə Şəxs MMC məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Düşənbədə (Özbəkistan) yerləşən CJSC Spitamen Bank tərəfindən Halyk Bank of Kazakhstan Almaty (Qazaxıstan) bankına ünvanlanmış 01 may 2024-cü il tarixli məktubun mətnindən müəyyən olunur ki, 70-ci sətrdə 30000 ABŞ dolları məbləğində pul ilə bağlı məktubun oxunulması xahiş olunmuş, cavab olaraq qısa müddətdə göstərilmiş diqqətə görə minnətdarlıq bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 18 avqust 2022-ci il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən “X11 firm” şirkətinin hesabına 750 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında materialın araşdırılan halları ilə müəyyən edildi ki, Şəxs MMC tərəfindən 96433,44 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 21 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə “X2 Co.,Ltd” (Çin) şirkətinin hesabına köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 38554,04 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Şəxs MMC-nin nümayəndəsi qeyd etmişdir ki, L 28/2 saylı Müqaviləyə əsasən digər mallar üzrə də, 2 gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş (xx.xx.2022-ci il tarixli №**********1434 bəyannamə üzrə 53197,30 və xx.xx.2022-ci il tarixli №**********4009 bəyannamə üzrə 43382,75 ABŞ dolları). Lakin təqdim edilmiş sənədlərdə invoys dəyəri 53197,30 ABŞ dolları təşkil edən xx.xx.2022-ci il tarixli №**********1434 bəyannamə təqdim edilməmiş, invoys dəyəri 43382,75 ABŞ dolları təşkil edən xx.xx.2022-ci il tarixli №**********4009 bəyannamə isə L 28/2 saylı Müqaviləyə əsasən deyil, satıcı “X2 Co.,Ltd” (Çin) şirkəti ilə alıcı Şəxs MMC arasında bağlanmış 02 fevral 2022-ci il tarixli, L 28/1 saylı Müqaviləyə əsasən bəyan edilmişdir. Həmin bəyannamənin mübahisə predmeti olan müqavilə ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa Şəxs MMC-nin nümayəndəsi qeyd etmişdir ki, idxal edilmiş malların keyfiyyət göstəricilərində problem yarandığı üçün Şəxs MMC müqaviləyə xitam verərək, qalıq 38553,95 ABŞ dollar məbləğin hesablarına geri qaytarılmasını tələb etmişdir. Şirkət xx.xx.2022-ci il tarixdə “X10 Firm” (Çin) hüquq şirkəti ilə müqavilə imzalayaraq bu problemin həllini istehsalçı şirkətə həvalə etmişdir. Şirkət bu xidmət üçün əlavə olaraq 750 ABŞ dolları ödəniş də, etmişdir. Çin hüquqşünasların səyi nəticəsində müəyyən razılığa gəlinmişdir. Lakin iş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən “X2 Co.,Ltd” (Çin) şirkətinə xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, idxal edilmiş malların keyfiyyət göstəricilərində problem yarandığı üçün Şəxs MMC müqaviləyə xitam verdiyini qeyd etmiş və 38553,95 ABŞ dollar məbləğin hesablarına geri qaytarılmasını tələb etmişdir. Pul 30 gün müddətində qaytarılmayacağı təqdirdə Şəxs MMC məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Şəxs MMC tərəfindən “X11 firm” hüquq şirkətinin hesabına 750 ABŞ dolları məbləğində pul isə 18 avqust 2022-ci il tarixdə köçürülmüşdür. Göründüyü kimi nümayəndənin bu dəlili də, həqiqətə uyğun deyildir. Belə ki, müqaviləyə xitam verilməsinə dair məktubun xx.xx.2023-cü il tarixdə ünvanlanması onu göstərir ki, mübahisə həmin dövr ərzində yaranmışdır. Pul vəsaiti isə 18 avqust 2022-ci il tarixdə köçürülmüşdür. Bu isə onu göstərir ki, həmin hüquqi xidmət hazırki işlə bağlı olmamışdır. Bundan əlavə Şəxs MMC-nin nümayəndəsi qeyd etmişdir ki, “X2 Co.,Ltd” 38553,95 ABŞ dolları vəsaiti Azərbaycana geri qaytarmağın mümkün olmayacağını və maliyyə öhdəçiliyini üçüncü şəxsin ödənişi ilə qarşılaya biləcəklərini qeyd bildirmişdir. Razılıq əsasında xx.xx.2024-ci il tarixdə Şəxs MMC və “X2 Co.,Ltd” arasında 26 fevral 2022-ci il tarixli L28/2 saylı Müqaviləyə 1 №-li Əlavə imzalanmış və üçüncü şəxs tərəfindən 30000 ABŞ dollar vəsaiti hesablarına vaxtında köçürülsə də, "xxxx" ASC aparılmış uzun müddətli araşdırmadan sonra həmin vəsaiti yalnız xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin valyuta hesabına köçürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti Korporativ müştəri xidməti üzrə baş mütəxəssis Zenfira Səfərli tərəfindən Şəxs MMC-nin qanuni təmsilçisi X4 ünvanlanmış 24 aprel 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, təqdim olunan əlavə razılaşma üç tərəfli təqdim edilməmiş, daxilolmanın təyinatında səhv invoys və müqaviləyə istinad edilib, geri qaytarılma olmasına dair qeyd yoxdur. X7 Səfərliyə cavab olaraq invoys və üçtərəfli müqaviləni hazırda göndərdiyini, üçtərəfli müqaviləyə isə 1-2 saat ərzində ödəyicinin möhür vurub geri göndərəcəyini bildirmişdir. Bu onu göstərir ki, "xxxx" ASC-nin hesabına pul 24 aprel 2024-cü il tarixdə köçürülmüş, lakin Şəxs MMC onunla “X2 Co.,Ltd” (Çin) şirkəti və “Sokhtmoni Jadid” LLC arasında bağlanmış 26 fevral 2022-ci il tarixli, L28/2 saylı müqaviləyə 1 №-li, 10 aprel 2024-cü il tarixli əlavəni təqdim etməmiş, həmin müqaviləyə istinad etməmiş, daxilolmanın təyinatında səhv invoys göstərmiş və köçən pul vəsaitinin geri qaytarılmış vəsait olduğunu qeyd etməmişdir. Zaur Abdullayev yalnız bankın müraciətindən sonra düzgün invoys təqdim etmiş, üçtərəfli müqaviləyə isə 1-2 saat ərzində ödəyicinin möhür vurub geri göndərəcəyini bildirmişdir. Lakin 10 aprel 2024-cü il tarixli müavilədən görünür ki, müqavilə ödəyici “Sokhtmoni Jadid” LLC tərəfindən 10 aprel 2024-cü il tarixdə təsdiq olunmuşdur. 24 aprel 2024-cü il tarixli müqavilənin banka invoys təqdim olunan zaman ödəyici tərəfindən təsdiq olunmaması və həmin müqavilə barədə əvvəlcədən banka məlumat verilməməsi onu düşünməyə əsasə verir ki, həmin müqavilə sonradan tərtib edilərək təsdiq olunmuşdur. Həmçinin Şəxs MMC-nin nümayəndəsi qeyd etmişdir ki, əgər xaricə köçürülmüş vəsaitin 38553,95 ABŞ dollar qalıq hissəsinin ölkəyə idxal edilməsində haradasa keçikmə halı baş vermişdirsə bu Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. Ancaq iş materialları ilə müəyyən olunur ki, pul vəsaiti ölkəyə 21 aprel 2024-cü il tarixədək idxal olunmalı olduğu halda 24 aprel 2024-cü il tarixdə idxal edilmişdir və Şəxs MMC-nin müqaviləyə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli məktub göndərdiyi vaxtdan 21 aprel 2024-cü il tarixədək pulun idxal edilməsi üçün kifayət qədər vaxtı olmuşdur. Şəxs MMC-nin nümayəndəsi təqdim etdiyi sənədə istinad edərək pulun 10 aprel 2024-cü il tarixdə köçürüldüyünə bildirsə də, həmin sənəddən görünür ki, Düşənbədə (Özbəkistan) yerləşən CJSC Spitamen Bank tərəfindən Halyk Bank of Kazakhstan Almaty (Qazaxıstan) bankına ünvanlanmış 01 may 2024-cü il tarixli məktubun mətnində 70-ci sətrdə 30000 ABŞ dolları məbləğində pul ilə bağlı məktubun oxunulması xahiş olunmuş, cavab olaraq qısa müddətdə göstərilmiş diqqətə görə minnətdarlıq bildirilmişdir. Göründüyü kimi həmim məktub ödəyici “Sokhtmoni Jadid” LLC tərəfindən 30000 ABŞ dolları məbləğində pulun Şəxs MMC-nin hesabına köçməsini təsdiq etməməklə yanaşı 01 may 2024-cü il tarixdə çap edilmişdir. Bununla da təsdiq olunur ki, qeyd olunan qalıq hissə qanunla müəyyən edilmiş 2 il müddət başa çatdıqdan sonra bəyan edilmişdir. İnzibati xətanın 21 aprel 2024-cü il tarixdə baş verməsini nəzərə alaraq, 38554,04 ABŞ dolları məbləğində pulun 30000 ABŞ dolları hissəsinin həmin müddətdən sonra qaytarılması, 8554,04 ABŞ dolları məbləğində pulun isə ümumiyyətlə qaytarılmaması məhkəmə tərəfindən məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 22 may 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, təqdim edilmiş və məhkəmə iclasında araşdırılmış sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbi edilməsi məsələsini müzakirə edərək törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, köçürülmüş pul məbləğinin yüksək olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda Şəxs MMC-nə izah edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi həmin tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 38554,04 ABŞ dollarının 20%-i məbləğində, yəni 7710,81 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar