Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2893/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Buta Farm” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə keçirilən YTM zamanı YTQ-03-2002 bənd 2.2.7, 2.2.7, 3.5.2, 3.5.16 tələbləri pozulmuşdur. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 çıxış edərək bildirdi ki, X6 Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən yoxlama keçirilən aptek müəssisəsi "xxxx" MMC-yə məxsusdur, həmin aptekin Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Bu, protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş icarə müqaviləsi və digər sənədlərdən aşkar surətdə görünür. Odur ki, bütün bunları nəzərə alaraq "xxxx" MMC barəsində İXM-nin 518.1-ci maddəsilə nəzərdə tutulmiuş inzibati xətaya dair icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə hüquqi şəxsin itirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3M-446 reyestr nömrəli İcarə müqaviləsindən görünür ki, icarəyə verən X3 ilə icarəçi "xxxx" MMC arasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29 (Yeni qaydalarla: AZ1002, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 117F) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 03 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş vergi ödəyiciləri barədə çıxarışdan görünür ki, "xxxx" MMC hüquqi şəxs kimi xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmiş (VÖEN **********), hüquqi ünvanı ünvan 3da da fəaliyyət göstərir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən ünvan 1 ünvanında keçirilən YTM zamanı Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi aşkar edilmiş, yoxlama keçirilən aptek hüquqi şəxs "xxxx" MMC-yə məxsus olmasına və inzibati xəta hadisəsi həmin hüquqi şəxs tərəfindən törədilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol Şəxs MMC barəsində tərtib olunmuşdur. Halbuki, Şəxs MMC-nin həmin inzibati xəta hadisəsinin törədilməsinə aidiyyəti olmamış və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bununla da məhkəmə tərəfindən araşdırılmış sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılması təmin edilmədən, "xxxx" MMC barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu səbəbdən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-2893/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2893/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver