Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2907/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X1 Bakı regional bölməsindən daxil olmuş 02 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən X1 xx.xx.2022-ci il tarixli 082 saylı qərarı icra edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikasının X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixli İD********** saylı müraciətələ ölkəyə idxal olunmuş xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il son istifadə tarixli, ümumi çəkisi 4242 kq olan ərik qurusu məhsul partiyasının sınaq nəticələrinə dair protokola əsasən təqdim olunmuş nümunədə “kif maya göbələklərinin miqdarı normadan artıq olmasına” görə X1 Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 19 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunan səbəbdən xx.xx.2022-ci il tarixli xx.xx.2023cü il son istifadə tarixli, ümumi çəkisi 4242 kq olan ərik qurusu məhsul partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin olunmasından imtina edilmişdir. Qərar qüvvəyə mindiyi vaxtdan 30 gün ərzində, məhsul məhv edilməli və ya ixrac edən ölkəyə geri qaytarılmalıdır. İşdə olan Şəxs MMC-nin İD ********** nömrəli elektron ərizəsindən görünür ki, Malatyadan ölkəyə idxal edilməsi nəzərdə tutulan, yeyinti məhsulu hesab edilən 4242 kq olan ərik qurusu məhsulu üçün qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinə müraciət edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru Həsirətova zülfiyyə Şakir qızı tərəfindən xx.xx.2022-ci il tarixli izahata əsasən Azərbaycan Respublikasının X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərarın mövcud olmasına baxmayaraq ümumi çəkisi 4242 kq olan ərik qurusu məhsul partiyası sertifikatsız satılmışdır. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2907/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2907/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver