Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2921/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1983-cü Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 barəsində, X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil AR DİN Baş X7 24 oktyabr 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil AR DİN Baş X7 İdarəsinin 24 oktyabr 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 barəsində İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xətasını törətməsi əsas gətirilərək AR İXM-nin 469.3-cü maddəsi ilə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır (11 ildir ki). Sonuncunun AH 001566 saylı, B kateqoriyalı sürücülük vəsiqəm vardır. Ötən müddət ərzində Tural İsmayılov iki dəfə- anasının dəfnində iştirak etmək üçün 2020-ci ilin oktyabr ayında təxminən 10 gün və 2021-ci ilin oktyabr ayında anasının il mərasimində iştirak etmək üçün 09 gün ölkə ərazisində olmuşdur. Qalan zamanlarda ümumiyyətlə ölkə ərazisində olmamışdır. Bildirmişdir ki, hüquqlarını müdafiə Tural İsmayılov ölkə ərazisindən kənarda mobil tətbiqlə ‘Asanpay" ödəniş portalında sürücülük vəsiqəsinin seriya və nömrəsini qeyd edərək hər hansı bir cəriməmin olubolmamasını müəyyən etmək istədikdə barəsində çox sayda cərimə növündə inzibati tənbehin tətbiq edildiyini müəyyən etmişdir. O, qeyd olunan cərimələrin mövcud olmasından ümumiyyətlə məlumatsız olmuşdur. O, dövlət qurumlarına müvafiq sorğularla müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən ona ünvanlanmış 146357-1222 saylı, 16 noyabr 2022-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Tural İsmayılovun mülkiyyətində “Daewoo Espero” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır və həmin nəqliyyat vasitəsini idarə edən şəxsin törətmiş olduğu inzibati xətalara görə Tural İsmayılov məsuliyyətə cəlb olunmuşdur. Həmin nəqliyyat vasitəsini Tural İsmayılov təxminən 13- 14 il bundan öncə digər şəxsə satmışdır. Həmin proses notariat kontorunda baş vermiş, lakin bu günədək həmin nəqliyyat vasitəsi Tural İsmayılovun mülkiyyətindədir. Bununla belə bu qədər cərimə ilə həmin nəqliyyat vasitəsinin bu günədək necə idarə olunması onda sual doğurmuşdur. Hesab edir ki, onun əməlimdə heç bir inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətalar törədilən zaman o ölkə hüdudlarından kənarda olmuş və mülkiyyətində qeyd olunan nəqliyyat vasitəsinin olmasından belə məlumatı olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən bizə ünvanlanmış 39/4615 saylı, 23 noyar 2022-ci il tarixli məktubla da bir daha sübuta yetirilir ki, X2 qeyd olunan inzibati xətalar baş verərkən ölkə hüdudlarından kənarda olmuşdur.Qeyd edilənlərə əsasən, barəsində tərtib edilmiş AR DİN Baş X7 24 oktyabr 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərardan şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilmiş AR DİN Baş X7 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş AR DİN Baş X7 İdarəsinin 24 oktyabr 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bilgəh-Nardaran-Pirşağı yolunun 34-cü km-də Mərdəkan istiqamətində xx.xx.2021-ci il tarixdə saat 11:53:12-də nəqliyyat vasitəsini İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə “DAEWOO ESPERO MİNİK” markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. İşdə materiallarına aid olan AR Dövlət Sərhəd Xidmətinin 23 noyabr 2022-ci il tarixli, 39/4615 saylı məktubundan görünür ki, inzibati xətalar baş verərkən ölkə hüdudlarından kənarda olmuşdur. X2 03 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, 03 iyul 2011-ci il tarixdən 25 oktyabr 2020-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuş, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, 06 noyabr 2020-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, 22 oktyabr 2021-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuş, 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş və 31 oktyabr 2021-ci il tarixdə ölkə hüdudlarını tərk edərək Azərbaycan Respublikasından getmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, X1 təqsirli bilinib inzibati qaydada tənbeh edilməsi yolverilməzdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR DİN Baş X7 İdarəsinin X1 barəsindəki 24 oktyabr 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2921/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2921/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver