Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2928/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, xx.xx.1983-cü Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 barəsində X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil AR DİN Baş X6 İdarəsinin 21 aprel 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil AR DİN Baş X6 İdarəsinin 21 aprel 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şikayət onunla əsaslandırılmışdır ki, X2 nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi inzibati xətasını törətməsi əsas gətirilərək AR İXM-nin 339.1-1-ci maddəsi ilə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır (11 ildir ki). Sonuncunun AH 001566 saylı, B kateqoriyalı sürücülük vəsiqəm vardır. Ötən müddət ərzində Tural İsmayılov iki dəfəanasının dəfnində iştirak etmək üçün 2020-ci ilin oktyabr ayında təxminən 10 gün və 2021-ci ilin oktyabr ayında anasının il mərasimində iştirak etmək üçün 09 gün ölkə ərazisində olmuşdur. Qalan zamanlarda ümumiyyətlə ölkə ərazisində olmamışdır. Məlumat üçün bildirirəm ki, hüquqlarını müdafiə etdiyim şəxs Tural İsmayılov ölkə ərazisindən kənarda mobii tətbiqlə ‘Asanpay" ödəniş portalında sürücülük vəsiqəsinin seriya və nömrəsini qeyd edərək hər hansı bir cəriməmin olub-olmamasını müəyyən etmək istədikdə barəsində çox sayda cərimə növündə inzibati tənbehin tətbiq edildiyini müəyyən etmişdir. O, qeyd olunan cərimələrin mövcud olmasından ümumiyyətlə məlumatsız olmuşdur. Sonuncu hüquqi yardım almaq məqsədi ilə mənə müraciət etmiş və Tural İsmayılovun yaxın qohumları ilə aramızda hüquqi yardım müqaviləsi imzalanmışdır. Tərəfimizdən bir çox dövlət qurumlarına müvafiq sorğularla müraciətlər olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən bizə ünvanlanmış 146357-1222 saylı, 16 noyabr 2022-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Tural İsmayılovun mülkiyyətində “Daewoo Espero” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır və həmin nəqliyyat vasitəsini idarə edən şəxsin törətmiş olduğu inzibati xətalara görə Tural İsmayılov məsuliyyətə cəlb oiunmuşdur. Onu da qeyd edim ki, həmin nəqliyyat vasitəsini hüquqlarını müdafiə etdiyim şəxs təxminən 13-14 il bundan öncə digər şəxsə satmışdır. Həmin proses notariat kontorunda baş vermiş, lakin bu günədək həmin nəqliyyat vasitəsi Tural İsmayılovun mülkiyyətindədir. Bununla belə bu qədər cərimə iiə həmin nəqliyyat vasitəsinin bu günədək necə idarə olunması bizdə sual doğurur. Hesab edirəm ki, X1 əməlimdə heç bir inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xətalar törədilən zaman sonuncu ölkə hüdudlarından kənarda olmuş və mülkiyyətində qeyd olunan nəqliyyat vasitəsinin olmasından belə məlumatı olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən bizə ünvanlanmış 39/4615 saylı, 23 noyar 2022-ci il tarixli məktubla da bir daha sübuta yetirilir ki, X2 qeyd olunan inzibati xətalar baş verərkən ölkə hüdudlarından kənarda olmuşdur. Həmin məktubda qeyd olunur ki, Tural İsmayılov 03 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, 03 iyul 2011-ci il tarixdən 25 oktyabr 2020-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuş, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, 06 noyabr 2020-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, 22 oktyabr 2021-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuş, 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş və 31 oktyabr 2021-ci il tarixdə ölkə hüdudlarını tərk edərək Azərbaycan Respublikasından getmişdir. Bununla yanaşı, hüquqlarını müdafiə etdiyim şəxs qeyd olunan müddətlərdə ölkə hüdudlarından kənarda yaşaması səbəbindən Azərbaycan Respublikasında fəaliyyət göstərən hər hansı bir mobil operatora məxsus GSM nömrə ümumiyyətlə istifadə etməmişdir. Bir daha bildirirəm ki, X2 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır, mən Tural İsmayılovun mobil notariat mobil tətbiqi vasitəsi ilə mənə vermiş olduğu 12 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edirəm və qeyd olunan inzibati tənbeh vermə haqqında qərarı 26 noyabr 2022-ci il tarixdə rəsmi qaydada almışıq. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş AR DİN Baş X6 İdarəsinin nümayəndəsi və qərardan şikayət vermiş tərəf gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş AR DİN Baş X6 İdarəsinin 21 aprel 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bilgəh-Nardaran-Pirşağı yolunun 34-cü km-də Mərdəkan istiqamətində xx.xx.2021-ci il tarixdə saat 09:07:10-da nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə “DAEWOO ESPERO MİNİK” markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. İşdə materiallarına aid olan AR Dövlət Sərhəd Xidmətinin 23 noyabr 2022-ci il tarixli, 39/4615 saylı məktubundan görünür ki, inzibati xətalar baş verərkən ölkə hüdudlarından kənarda olmuşdur. X2 03 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, 03 iyul 2011-ci il tarixdən 25 oktyabr 2020-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuş, 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, 06 noyabr 2020-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, 22 oktyabr 2021-ci il tarixədək ölkə hüdudlarından kənarda olmuş, 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə daxil olmuş və 31 oktyabr 2021-ci il tarixdə ölkə hüdudlarını tərk edərək Azərbaycan Respublikasından getmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Belə olan halda, X2 tərəfindən verilmiş şikayət yalnız qərarın əsaslılığı və qanuniliyi hissəsində yoxlanılır. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; İkincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edən Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarına əlavə edilmiş AR-sı DSX Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2022-ci l tarixli məktuba əsasən X2 inzibati xətanın aşkar olunduğu xx.xx.2021-ci il tarixdə ölkə hüdudlarından kənarda olmuşdur. Məhkəmə qeyd edir ki, belə olan halda, X1 əməlində törədilməsi ehtimal edilən həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, AR DİN Baş X6 İdarəsinin 21 aprel 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR DİN Baş X6 İdarəsinin X1 barəsindəki 21 aprel 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2928/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2928/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver