Məhkəmə qərarları › İş №3(007)-293/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-293/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-293/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs barəsində AR DİN Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ M: 12 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında iş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Ona görə ki, məhkəməyə təqdim edilmiş materiallarda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 olmasına baxmayaraq, məhkəməyə ünvanlanmış müşayiət məktubunda Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qeyd edilmişdir. Belə olan halda, hazırki inzibati xəta haqqında işə baxılması mümkün deyildir. İş materiallarına əlavə edilmiş AR DİN Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin müşayiət məktubunda qeyd edilmiş 12 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və həmçinin əlavə edilmiş digər sənədlər X1 barəsində tərtib edilməsinə baxmayaraq, sözügedən məktubda barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs qismində Şəxs adı qeyd edilmişdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında material və əlavə edilmiş sənədlər AR DİN Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə geri qaytarılsın. Hakim: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar