Məhkəmə qərarları › İş №3(007)-2931/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2931/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2931/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 18 iyun 1983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, X1 barəsində Bakı şəhər BDYPİ tərəfindən qəbul edilmiş EQ ******* saylı 24 iyun 2021ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhər BDYPİ tərəfindən qəbul edilmiş EQ ******* saylı 24 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 09:09-da idarə etdiyi “DAEWOO ESPERO” minik markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bilgəh-Nardaran-Pirşağı Yolu 34 km Mərdəkan ist 1 istiqamətdə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Qərardan müdafiəçi Vəkil şikayət verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qeyd olunan inzibati xəta baş verən zaman ölkə ərazisindən kənarda olduğunu və onun inzibati xətanın törədilməsinə aidiyyətinin olmadığını və EQ ******* saylı 24 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edimişdir. Məhkəmə, daxil olmuş şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, inzibati iş üzrə EQ ******* saylı 24 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş sənəddən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın baş verdiyi 24 iyun 2021-ci il tarixdə ölkə hüdudlarından kənarda olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 barəsində Bakı şəhər BDYPİ tərəfindən qəbul edilmiş EQ ******* saylı 24 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA A L D İ: X1 barəsində Bakı şəhər BDYPİ tərəfindən qəbul edilmiş EQ ******* saylı 24 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar