Məhkəmə qərarları › İş №3(007)-2941/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2941/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2941/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, Nizami rayon prokurorluğunun nümayəndəsi X5 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, ünvan 1 ünvanında yaşayan, “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami rayon prokurorluğunun böyük müstəntiqi İlham Xankişiyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyən Şəxs əməlində CM-nin 178 və 311-ci maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından CM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İXMnin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılmasından ötrü ayrılmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Nizami rayon prokuroru Baş ədliyyə müşaviri X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara əsasən “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyən Şəxs barəsində İXM-nin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən müəyyən edilmişdir ki, “Azəriqaz” İBnin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyən Şəxs ünvan 3 ünvanda yaşayan X1 iştirakı ilə texniki müayinə apardıqdan sonra aşkar etdiyi nöqsanların aradan qaldırılmasından ötrü tərtib etdiyi müayinə aktında həmin mənzildə 1 aydan çox olmayan müddətdə texniki xidmətin göstəriləcəyi barədə qaz qurğularını istehlak edən X4 tərəfindən seçilmiş müddət ərzində nöqsanların aradan qaldırılması üçün Rəhilə Əliyevaya vaxt verməli olmasına baxmayaraq, bunu etməmiş, qulluq mövqeyindən sui istifadə etməklə X1 əmlakını ələ keçirmək məqsədilə mənzilin qaz təchizatının səlahiyyəti və əsası olmadan ona 50 manat məbləğində pul vəsaiti verəcəyi təqdirdə qaz təminatını dayandırmayacağını vəd edərək, Rəhilə Əliyevadan 50 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq yolu ilə talamışdır. Bununla da o, səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon prokurorluğunun nümayəndəsi X5 çıxış edərək bildirdi ki, vəzifəli şəxs “Azəriqaz” İB-nin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyən Şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 13, mənzil 2 ünvanında yerləşən mənzildə aşkar etdiyi nöqsanlara görə buna səlahiyyəti çatmadığı halda mənzilin qaz təminatını dayandırmaması müqabilində vətəndaş X2 50 manat vəsait tələb etmiş, mənzilin sakini bununla razılaşaraq 50 manat məbləğində bütöv əskinası onun əl çantasına qoymuşdur. Lakin bundan sonra Şəxs müvafiq nöqsanları qeyd edərək müvafiq akt tərtib etmiş, həmin hissəyə plomb vuraraq mənzili tərk etmişdir. Daha sonra X9 bacısının mənzilində baş vermi hadisə ilə bağlı “Azəriqaz” İB-yə şikayət etmiş, Şəxs onun bacısı Rəhilə Əliyevadan 50 manat pul tələb etdiyini bildirmiş, bundan sonra həmin 50 manat vəsait şikayətçiyə qaytarılmışdır. Hadisədən 1 həftə sonra Şəxs Nizami rayon prokurorluğuna müraciət edərək, qeyd olunan vəsaiti Əliyeva Rəhilədən götürmədiyini, eyni zamanda “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin müdiri Ceyhun Qasımova verdiyi ilkin izahatı təzyiq altında yazdığını, həmçinin rəhbərliyin təkidi əsasında işdən çıxma barədə ərizə yazdığını bildirmişdir. İşin halları kifayət qədər araşdırılmış və şəxsin İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məqsədilə material Nizami rayon məhkəməsinə təqdim edilmişdir. Verilmiş suallara cavab olaraq Şəxs mənzilin qaz təminatını dayandırmaq səalhiyyətinin olmadığını bildirmişdir. Həmçinin verilmiş digər suala cavab olaraq bildirmişdir ki, qaz nəzarətçisi tərəfindən mənzilə baxış keçirmədən öncə də mənzildə qaz təminatı mövcud olmuş, sonra da qaz təminatı dayandırılmamışdır. Belə olduğu təqdirdə, 50 manat məbləğində vəsaitin mənzilin sakini tərəfindən hansı məqsədlə nəzarətçiyə verilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirdmişdir ki, nəzarətçi vətəndaşı aldadadaraq 50 manatı ələ keçirmişdir. Həmçinin qeyd etmişdir ki, Şəxs qeyd olunan 50 manat vəsaiti sakindən almasını öz rəhbərinə verdiyi ilkin izahatda etiraf etmişdir. Məhkəmə iclasında barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, qeyd olunan inzibati xətanı törətməmişdir. Onun tərəfindən mənzilin qaz təminatının dayandırılması ilə bağlı mənzilin sakininə heç bir məlumat verilməmiş və ondan hər hansısa vəsait tələb olunmamışdır. Belə ki, həmin gün ö qeyd olunan ünvanda yerləşən mənzilə daxil olmuş, müəyyən nöqsanları aşkar etmiş, bununla bağlı müvafiq akt tərtib etmiş və hamam otağında yerləşən cihazın üzərinə müvafiq plomb vuraraq şəklini çəkmiş və həmin mənzildən uzaqqlaşmışdır. Qeyd olunan plombun vurulması ilə mənzilə gedən qaz təminatının qarşısı alınmır, sadəcə rəhbərliyin göstərişinə əsasən müvafiq pozuntular aşkar olunduğu halda həmin plombu vuraraq, özümüzü gələcəkdə baş verəcək hadisələrdən sığortalamış oluruq. Həmin plomb bizə rəhbərlik tərəfindən təqdim edilmiş, bununla bağlı müvafiq göstərişlər telefon yazışmaları ilə verilmişdir. Qeyd olunanlarla bağlı sübutları məhkəməyə təqdim etmişdir. Eyni zamanda verilmiş suallara cavab olaraq bildirdi ki, həmin mənzilin sakinindən heç bir vəsait tələb etməmiş, Rəhilə Əliyeva tərəfindən ona pul verilməmişdir. Həmin gün qeyd olunan mənzildən başqa o, 15 dən artıq mənzildə olmuş, baxış keçirmişdir. Səhəri gün şöbə müdiri Ceyhun Qasımov ona zəng edərək vətəndaş Əliyev Əlinin ondan şikayət etdiyini və onun sakindən 50 manat pul tələb etdiyini bildirmişdir. Lakin o heç bir məbləğ götürmədiyini bildirmiş, və rəhbərinin göstərişi əsasında qeyd olunan mənzilə yollanmışdır. Həmin mənzil ə daxil olmadan öncə Vüsal Seyidov ona qeyd olunan məsələ ilə bağlı heç nə bildirməməsini, özünə haqq qazandımağa çalışmamasını və 50 manatı sakitcə qaytarmasını bildirmişdir. O da deyiənlərə əməl edərək çantasında olan 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinası Rəhilə Əliyevaya qaytarmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, o həmin axşam evə qayıtdıqdan sonra çantasında 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinas olduğunu görmüş, bu pulunun özününmü yoxsa başqa şəxs tərəfindən çantasına qoyulduğunu anlamamışdır. Əgəe bilsəydi ki, həmin pulu sakinlərdən biri qoyub, onu dərhal geri qaytarardı. Eyni zamanda qeyd etdi ki, baş verənlərdən sonra rəisi Ceyhun Qasımov onu çağıraraq təzyiq altında izahat almış, etiraf etməsini tələb etmiş, həmçinin işdən çıxması barədə ərizə yazmasını tələb etmişdir. Ceyhun Qasımov onunla birgə işləmək istəmədiyini bir müddət öncə ona bildirmiş, bu hadisədən sonra onu məcbur edərək ərizə almışdır. Tərəfindən qeyd olunan əməli törətmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Vüsal Seyidov tərəfindən videoçəkiliş aparılmasından xəbərsiz olmuş, öncədən ona danışmaması və pulu sakit Əliyeva Rəhiləyə verilməsi tapşırıldığından üzləşdirmə zamanı o səssiz qalmış, qeyd olunan pulu almadığını Əlşiyeva Rəhilənin üzünə demamişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxış edərək işin hallarının kifayət qədər araşdırılmadığını və şəxsin təqsiri sübuta yetirilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin müdiri Ceyhun Qasımov prokurorluqda verdiyini ifadəni təsdiq edərək bildirdiki, Şəxs tərəfindən mənzilə baxış keçirilərkən mənzilin sakinindən heç bir səlahiyyəti olmadan qaz təminatını dayandırmaması müqabilində 50 manat pul tələb etmiş, daha sonra həmin vəsaiti ələ keçirərək mənzili tərk etmişdir. Daha sonra vətəndaşın şikayəti əsasında o, X8 həmin mənzilə göndərmiş, mənzildə 50 manatı Rəhilə Əliyevaya qaytarmışdır. Qeyd oluna hal Vüsal Seyidov tərəfindən gizli video çəkiliş aparılmaqla lentə alınmışdır. Daha sonra Şəxs ilkin izahatı alınarkən o törətdiyi əməli etiraf etmişdir. Verilmiş suallara cavab olaraq baş vermiş hadisə ilə bağlı işin araşdırılması məqsədilə vaxtında hüquq mühafizə orqanına müraciət edə bilməməsinin səbəbi kimi qeyd etmişdir ki, bir müddət sonra müvafiq qurumlara müraciət etməyi düşünmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan izahatlardan bəlli olur ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmur. Belə ki, ilkin olaraq Şəxs Nizami rayon Prokurorluğuna müraciət etmiş, verdiyi ilkin izahatda 50 manat məbləğində vəsaiti Qara Qara pırospekti 55 ünvanında yerləşən mənzilin sakinindən tələb etmədiyini və onun çantasına pulun qoyulmasından xəbərsiz olduğunu bildirmişdir. X18 tərəfindən edilmiş şikayətlə tanış olarkən həmin mənzildə olan zaman onun çantasına 50 manat pul qoyulduğunu öyrənmişdir. Lakin bunun nə səbəblə qoyulduğunu da bilmədiyini qeyd etmişdir. Həmçinin Şəxs Nizami rayon prokurorluğuna və məhkəmə iclasında verdiyi izahatında 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinasları həmin gün axşam çantasında aşkar etdiyini bildirmiş, kimə aid olmasını bilməmiş, Rəhilə Əliyevaya da həmin əskinasları qaytardığını qeyd etmişdir. X16 verdiyi izahatında Şəxs 50 manatlıq bütöv əskinas verdiyini bildirmişdir. Verilmiş ifadələr arasında uyğunsuzluğun aradan qaldırılması işin araşdırılması zamanı mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmamış, “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin Qazın balansı, satışı və müştəri xidməti şöbəsinin müdiri Ceyhun Qasımov tərəfindən müstəqil şəkildə araşdırma aparılmış, və iş materiallarına sübut qismində əlavə edilmiş səs yazısının Vüsal Seyidov tərəfindən qeydə alındığı bildirilmişdir. Lakin bununla bağlı məhkəmə hesab edir ki, maddi sübut kimi qiymətləndirilmiş cd disk ilk öncə videomaterial şəklində olmuş, daha sonra naməlum səbəblərdən səs yazısı kimi qeydə alınmışdır. Videomaterialın hansı şəraitdə kim tərəfindən lentə alınması və sonradan hansı səbəblə səs yazısı qismində iş materiallarına əlavə edilməsi kimi məqamlar araşdırıla bilinmədiyindən məhkəmə belə qənaətə gəlir ki, həmin səs yazısı sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki Şəxs həm məhkəmə iclasında, həm də prokurorluğa vermiş olduğu izahatında həmin video çəkilişdən məlumatsız olduğunu bildirmiş, mənzilə daxil olmadan öncə Vüsal Seyidov tərəfindən ona danışmaması ilə bağlı müvafiq göstəriş verilmişdir. Məhz bu səbəbdən o həmin məqamda özünü müdafiə edərək 50 manat pulu götürmədiyini bildirməmişdir. Həmçinin pulun verilməsini iddia edən şəxs həmin gün ümumiyyətlə həmin mənzildə olmamış, yalnız bacısının bildirdiyinə əsasən bacısının Natəvana 50 manat verməsi barədə şikayət etmişdir. Belə olduğu təqdirdə, 3-cü şəxsin şikayəti əsasında Şəxs məsuliyyətə cəlb olunmasını məhkəmə ədalət prinsipi baxımından düzgün hesab etmir. Rəhilə Əliyeva tərəfindən verilmiş izahatda həmin vəsaitin Natəvan tərəfindən ona qaytarıldığı, üzrxahlıq olunduğu və törətdiyi əməli etiraf etməsi bildirilsə də, məhkəməyə təqdim olunmuş səs yazısında belə Şəxs pulu tələb edib-etməməsi ilə bağlı suallara cavab verməməsi, əməli etiraf etməməsi açıq-aşkar bəlli olmuşdur. Həmçinin naməlum şəraitdə aparılmış səs yazısında Əli adlı şəxsə məxsus olması ehtimal olunan səslərdə Natəvan adlı xanıma qazı dayandırmamağı, evdə körpə uşaq olması ilə bağlı məqamı qeyd etməkləri, Natəvan adlı şəxsin isə guya onları dinləmədiyi və plombu vurması ilə bağlı fikirlər eşidilir. Belə olduğu təqdirdə, vətəndaş tərəfindən hansı məqsədlə, qaz təminatı dayandırıldığı və plomb da vurulduğu halda Şəxs 50 manat verməsi bəlli deyildir. Həmçinin məhkəmə iclası zamanı Ceyhun Qasımov verdiyi ifadəsində işçilərin qaz təminatını dayandırmaq və hansısa pozuntular aşkar olunduğu halda belə plomb vurmaq səlahiyyətinin olmadığını bildirsə də, prokurorluğa verdiyi izahatda keçən il eyni mənzildə nöqsanlar aşkar edildiyindən əməkdaşlara nöqsanların yerində aradan qaldırılması və bu məqsədlə onun tərəfindən plomb vurulmasına dair göstəriş verildiyini qeyd etmişdir. Eyni hal qrup rəhbəri Vüsal Seyidov tərəfindən verilmiş izahatda da təkrarlanmışdır. Belə ki, ifadəsində qeyd edir ki, rəhbərlik bizə tapşırır ki, mənzildə qazla işləyən cihazın kranının üstünə plomb vurub qazın həmin cihaza gedişatını dayandıraq. Eyni zamanda Şəxs tərəfindən təqdim edilmiş yazışmalarda da qrup rəhbəri tərəfindən qaz təminatının dayandırılması və şəkillərinin çəkilib göndərilməsi barədə göstərişlər verilməsi sübut olunur. Belə olduğu təqdirdə birbirilə uyğunluq təşkil etməyən və biri digərini təkzib edən ifadələr məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Belə sübutlar və fərqli ifadələr əsasında şəxsin məsuliyyətə cəlb olunmasını məhkəmə qeyri-mümkün hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş qərarda göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. Məhkəmə, qanunvericiliyinin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə qeyd edir ki, əgər əməlin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar barəsində inziabti xətaya dair icraat aparılan şəxsin şəxsin xeyrinə təfsir edilməlidir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 06 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 66 məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar