Məhkəmə qərarları › İş №3(007)-2943/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2943/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2943/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X3, zərərçəkmiş şəxs X1, protokol tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X4 iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ tərəfindən Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq, baxılması üçün eyni vaxtda, 22 may 2023cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətalarla bağlı onun barəsində eyni vaxtda, 22 may 2023-cü il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(007)-2943/2022 nömrəli və 3(007)-2942/2022 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(007)-2942/2022 nömrəsi saxlanılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar