Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2956/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 16.08.1972-cı il tarixdə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X1 barəsində Bakə şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakə şəhər X6 İdarəsinin YNH ispektoru polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 14.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 14.11.2021-ci il tarixdə saat 11:00-da, Nizami rayonu M.Abbasov küçəsində “Tayota Land-Cruıser-Prado” minik markalı ** RX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakə şəhər X6 İdarəsinin YNH ispektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirili bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Həmin qərardan X2 məhkəməyə şikayət verərək, barəsində qəbul edilmiş 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 14.11.2021-ci il tarixdə saat 11:00 radələrində Nizami rayonu, M.Abbaosv küçəsində “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü təhlükəli manevr edərək sürətli şəkildə onun avtomobilinin arxa hissəsindən sola çıxaraq, daha sonra avtomobili sərt şəkildə sağa çəkərək onun avtomobilinin qarşısında sərt dönüş etmiş və nəticədə onun eyni səmtə olan hərəkətinə əngəl yaradaraq (Yol hərəkəti Haqqında Qanun: maddə 42.5) avtomobilinin sol hissəsini vuraraq yararsız hala salmışdır. Sözügedən hadisənin törədilməsi və hadsəyə zəmin yaradaılması “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsünün təqsirindən olsa da, yol patrul xidmətinin əməkdaşı tərəfindən yalnız onun barəsində inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokola və qərara etiraz etsə də, yol patrul xidmətinin əməkdaşı onunla razılaşmamışdır. Məhkəmə iclasında X2 şikayətə uyğun izahat verərək, barəsində qəbul edilmiş 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati təneh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. İnzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə verilmiş şikayəti təqdim olunmuş sənədlərlə əlaqəli araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və inzibati iş üzrə X1 barəsində qəbul edilmiş 14.11.2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Belə ki, inzibati orqanın inzibati iş üzrə qəbul etdiyi 14.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda və 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda G.X.Mürsəlovun inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu qərarı mübahisələndirərək, 14.11.2021-ci il tarixdə saat 11:00-da, Nizami rayonu M.Abbasov küçəsində idarə etdiyi “Tayota Land-Cruıser-Prado” minik markalı ** RX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmədiyini və “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü tərəfindən törədilmiş inzibati xəta nəticəsində zərər çəkdiyini bildirmişdir. Məhkəmə hazırki halda X1 14.11.2021-ci il tarixdə saat 11:00-da, Nizami rayonu M.Abbasov küçəsində idarə etdiyi “Tayota Land-Cruıser-Prado” minik markalı ** RX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətməsinin müəyyən edilməsinin mümkün olmadığını qeyd edir və nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, sübutların kifayət etməməsi səbəbindən G.X.Mürsəlovun 14.11.2021-ci il tarixdə saat 11:00-da, Nizami rayonu M.Abbasov küçəsində idarə etdiyi “Tayota Land-Cruıser-Prado” minik markalı ** RX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətməsinə dair 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsaslı olması barədə qəti nəticəyə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə sənədlərə əsasən qeyd edir ki, X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 barəsində qəbul edilmiş 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Bakə şəhər X6 İdarəsinin YNH ispektoru polis baş leytenantı X3 tərəfindən X1 barəsində qəbul edilmiş 14.11.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2956/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2956/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver