Məhkəmə qərarları › İş №3(007)-2959/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2959/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2959/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nin rəhbəri Şəxs, tələbkar X2, izami rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasınını B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinin X5 ayrılmasına dair MTK zvlərinin ümumi yığıncağını qərarı verilən sahənin plan cizgisi və tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın sürətinin iddiaçı X4 verilməsi vəzifəsi cavabdeh 2Çinar” MTK-nın üzərinə qoyulması qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə 2(005)-3894/2021 saylı iş üzrə icraata başlanılmış və borclu "xxxx" MTK -ya tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən 2(005)-3894/2021 saylı icra sənədi üzrə tələb yerinə yetirilməmiş, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasına iştirak etmiş Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 çıxış edərək bildirdi ki, tələb olunan sənədlərin bir qismi borclu tərəfindən tələbkara təqdim edilmiş, digər sənədlərin təqdim olunmasından borclu "xxxx" MTK-nın rəhbəri Şəxs imtina etmir, sadəcə müəyyən müddət tələb olunduğunu bildirir. Məhkəmə iclasında borclu "xxxx" MTK-nın rəhbəri Şəxs çıxış edərək bildirdi ki, sahənin plan cizgisi və sərəncamın sürəti tələbkara təqdim edilmiş, tələb olunan digər sənədlərin (protokoldan çıxarış) tələbkara təqdim olunması üçün daha 2 ay müddət lazım olacaq. Belə ki, həmin müddət ərzində FHN-yi X6 Xidməti tərəfindən müəyyən edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra dövlət aktı əldə olunacaq və yalnız bundan sonra tələb olunan digər sənədlər dövlət aktında qeyd olunacaq nömrə qoyulmaqla tələbkara təqdim oluna bilinəcək. Qeyd olunanlara əsasən, məhkəmədən barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tələbkar məhkəmə iclasında çıxış edərək qeyd olunan müddətdə gözləməyə etiraz etmədiyini bildirdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, borclu tərəfindən tələbkara icra sənədi üzrə sahənin plan cizgisinin və tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin təqdim edilməsi icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar