Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2964/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, vəkili Nümayəndə1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 101, mənzil 14 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP №0255456 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötəri ki, Şəxs MMC 43992.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 43992.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, vəkili Nümayəndə1 bildirdi ki, sözügedən məbləğ hesabına alınan mallar öllkəyə idxal olunmuş və müvəkkil bank tərəfindən təsdiqlənmişdir. Ona görə də həmin sənədləri məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Protokol tərtib edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə4 məhkəməyə ərizə ilə müraciə edərək bildirmişdir ki, Mərkəzi Bank tərəfindən “PROGRESS-N" MMC barəsində tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokola dair icraatınızda olan 3(007)-2964/2025 nömrəli inzibati xəta işi üzrə müəyyən olunur ki, **********0675 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə 30028 ABŞ dolları dəyərində mallar xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuş, həmin bəyannamədən 17569 ABŞ dolları hazırki ödənişin bəyan olunmasında istifadə olunmuş, həmçinin **********1275 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixdə 37990 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuş, həmin bəyannamədən 26423 ABŞ dolları hazırki ödənişin bəyan olunmasında istifadə olunmuşdur. Nəticə etibarilə inzibati xətanının bilavasitə predmeti olmuş valyuta vəsaitinə görə mallar ölkəyə idxal olunmuşdur. Lakin **********1275 sorğu nömrəli bəyannamə əsasında idxal olunan mallar hazırki iş üzrə inzibati xəta tərkibi yaranadıqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Göründüyü kimi, avans ödənişinin xx.xx.2023-cü il tarixdə icra olunduğunu nəzərə aldıqda malların bir qismi (26423 ABŞ dolları dəyərində mallar) ölkəyə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici yalyutäda əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulan 2 (iki) il müddətdən 45 gün sonra idxal olunmuşdur. Qaydalarla nəzərdə tutulan müddətdən 45 gün keçdikdən sonra 26423 ABŞ dolları dəyərində malların ölkəyə idxal edilməsində Şəxs MMC-nin təqsiri məhkəmə qaydasında müəyyən olunmursa, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmiş, əks təqdirdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın 26423 ABŞ dolları məbləğinə münasibətdə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi **********1275 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 26423.00 ABŞ dolları vəsait hesabına alınan mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarında olan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, RB28-01641/2025 nömrəli məktubundan görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə köçürmüş olduğu 43992.00 ABŞ dolları vəsaitdən qalan qalıq məbləğ - 26423.00 ABŞ dolları xx.xx.2025-ci il tarixində, **********1275 nömrəli bəyannaməyə əsasən bağlanmışdır. Hal-hazırda köçürmə üzrə YGB qalıq sıfırlanmışdır. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən 43992.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunduğundan onun əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-2964/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2964/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver