Məhkəmə qərarları › İş №3(007)-2966/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2966/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2966/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Cəlilabad rayonu, Pokrovka kəndində anadan olmuş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 2-ci mədən, 93-cü korpus, nömrəsiz fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs “Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunun hərəkət vasitələrinin təmiri departamentinin sağlamlıq, əməyin təhlükəsizliyi ətraf-mühitin mühafizəsi üzrə mütəxəssisi Şəxs vəzifə təlimatının 9 və 10-cu bəndlərinin və “İctimai binalar və tikililər” 2.08.02-89* DÜST-ün 1.91 bəndinin tələblərinə əsasən “Azərbaycan Dəmir Yollan" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunun ərazisində yerləşən keçid kimi istifadə olunan meydançanın kənarlarını məhəccərlə təmin etməli olduğu halda bunları etməməsi nəticəsində həmin depoda usta işləyən Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunda iş vaxtı relsin piyada keçidinin üstündən keçəndə sol ayağı büdrədiyi üçün müvazinətini itirərək yıxılıb dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş prosesi zamanı relsin piyada keçidinin üstündən keçəndə yıxılaraq xəsarət almışdır. O, işçiləri hər zaman təlimatlandırmışdır. Hadisə Zərərçəkmiş şəxs ehtiyatsızlığı və səhlənkarlığı ucbatından baş vermişdir. Onun hadisənin baş verməsində təqsiri yoxdur. Zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ona dəymiş zərər ödənilmişdir, heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 292 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs - sağ daban sümüyünün qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024cü il tarixdə zərərçəkmişin göstərdiyi şəraitdə alınması mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2772 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunun ərazisində yerləşən keçid kimi istifadə olunan meydançanın kənarları məhəccərlə təmin olunmadığına görə, baş vermiş hadisə ilə əlaqədar “ictimai binalar və tikililər” 2.08.02-89* DÜST-ün 1.91 bəndinin tələbləri pozulmuşdur. “Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunun ərazisində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması üçün müvafiq tədbirləri həyata keçirmədiyinə görə vəzifə gəlimatının 9, 10 bəndlərinin və “ictimai binalar və tikililər” 2.08.02-89* DÜST-ün 1.91 bəndinin tələbləri cəmiyyətin “hərəkət vasitələrinin təmiri departamentinin sağlamlıq, əməyin təhlükəsizliyi ətraf-mühitin mühafizəsi üzrə mütəxəssisi tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunun ustası Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması faktı üzrə aparılmış araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamenti Bakı Lokomotiv Deposunun hərəkət vasitələrinin təmiri departamentinin sağlamlıq, əməyin təhlükəsizliyi ətraf-mühitin mühafizəsi üzrə mütəxəssisi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. - “Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin rəisi tərəfindən təsdiq edilmiş hərəkət vasitələrinin təmiri departamentinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf-mühitin mühafizəsi üzrə mütəxəssisinin vəzifə təlimatından görünür ki, 1. Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını ADY-nin sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıqlarını yerinə yetirmək, müvafiq struktur qurumun əsasnaməsini və bu təlimatı rəhbər tutaraq işim təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf-mühitin mühafizəsi (SƏTƏMM) uzrə görülən işlərə nəzarət etmək; 2. Müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi təkliflər vermək, 3. Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; 4. Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf-mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək, 5. Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında" qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətrafmühitin mühafzəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; 6. Fərdi mühafizə vasitələri (FMV) tam təmin edildikdən sonra onların işçi heyətinə paylanmasında iştirak etmək, işçi heyətinin FMV-dən daima istifadə etməsinə nəzarət etmək. 7. Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; 8. Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitarıya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçi'mək. qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyini və ətraf-mühitin mühafizəsi üçün monitorinqlər keçirmək çatışmamazlıqların aradan qaldırılması yönündə rəhbərliyə təkliflər vermək, əmək kollektivinin SƏTƏMM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılmasında yaxından iştirak etmək; 9. Əmək sahəsində təhlükəsiz, sağam və ekoloji cəhətdən təmiz iş şəraitinin yaradılması üçün yuxarı rəhbərliyə lazımi təkliflər vermək; 10. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf-mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; 11. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; 12. Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsim, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək. Təlimatla sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf-mühitin mühafizəsi üzrə mütəxəssis Şəxs tərəfindən tanış olmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar