Məhkəmə qərarları › İş №3(007)-2973/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2973/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2973/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, X1, 23 oktyabr 1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5NXDT1U, subay, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 02 iyun 2025-ci il tarixdə, saat 18:07-də idarə etdiyi “X5” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Babək prospekti, Arzu şadlıq sarayının qarşısı mərkəz istiqaməti TS4-010 ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə xüsusi texniki vasitə ilə real vaxt rejimində tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. 03 iyun 2025-ci il tarixdə X1, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə “X5” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair, inzibati xətanı aşkar edən xüsusi texniki vasitənin qeydə aldığı foto və video görüntülərə baxış keçirməklə daha aydın şəkildə müəyyən etmək olur ki, nəqliyyat vasitəsi idarə olunarkən təhlükəsizlik kəməri ürəyinin sıxılması səbəbindən sol aşağı hissədən bağlanılmışdır, lakin foto şəkil olduğundan video görüntünün olmaması səbəbindən və uzaq məsafədən çəkildiyindən açıq aşkar görülməsi mümkün deyildir. Belə ki, 20 may 2025-ci il tarixdə şiddətli ürək ağrıları ilə bağlı ürək epikrizi etdirərək, həkim müayinə və müalicəsində olmuşdur. Hava şəraitinin isti olması ürək xəstəsi olmağı ilə yanaşı, tez-tez ürəyinin sıxılması səbəbindən təhlükəsizlik kəmərini sinə nahiyyəsində saxlamağı qeyri mümkün olduğundan təhlükəsizlik kəmərini sol qol nahiyyəsindən taxmaq məcburiyyətində olmuşdur. Qeyd edilənləri əsas gətirən X2 Azərbaycan Respublikası İXMnin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs və səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Azərbaycan Respublikasınən “Yol hərəkəti haqqında“ qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndində qed olununr ki, konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. İşdə olan sübutlardan müəyyən olunur ki, X2 02 iyun 2025-ci il tarixdə, saat 18:07-də idarə etdiyi “X5” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Babək prospekti, Arzu şadlıq sarayının qarşısı mərkəz istiqaməti TS4-010 ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə edərək İXM-nin 329.1-ci maddəsinin tələblərini pozmuşdur.Qeyd edilən inzibati xəta hadisəsi, xüsusi texniki vasitə vasitəsilə aşkar edilərək, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs T.R.Salmanovanın iştirakı olmadan real vaxt rejimində tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla o, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi mübahisələndirilən inzibati xəta haqqında elektron qərar qanun əsasında və Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən real vaxt rejimində qəbul edilmiş, T.R.Salmanovanın inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl olunmuş, habelə T.R.Salmanova qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən real vaxt rejimində tərtib edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 03 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28328927 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar