Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2977/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, şikayət vermiş şəxs X3, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 60D5A7G, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli elektron protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə X3 Bakı şəhəri Dövlət Polisi İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 xx.xx.2025 tarixində Bakı şəhəri, Xəqani Rüstəmov küçəsi ilə hərəkətdə olduğu zaman, Bakı şəhər X9 (bundan sonra - DYP) inspektoru ona saxla əmri vermişdir. İnspektorun saxla əmrinə tabe olaraq nəqliyyat vasitəmi saxladıqdan sonra o, dairəvi yolda yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı inzibati xəta törətdiyini ona bildirmişdir. Dairəvi yolda hərəkətimi davam etdirdiyi zaman digər hərəkət iştirakçılarının hərəkət istiqamətini və ya sürətini qəflətən dəyişdirməsinə və ya istiqamətini pozmağına, onların hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsi kimi hallara yol vermədiyini bildirmiş və qayda pozuntusu ilə bağlı təhlükəsiz şəhər kameralarından və ya operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə çəkilmiş görüntü tələb etsə də, inspektor buna heç bir əhəmiyyət verməmiş, inzibati xəta haqqında əsassız və sübutsuz protokol tərtib etmişdir. Protokol tərtib edildikdən sonra o, qanunvericiliyin tələb etdiyi qaydada, həmin inzibati protokol və onun əsasında qəbul ediləcək qərar ilə bağlı Baş X10 İdarəsinə xx.xx.2025 tarixində məsələnin əsassız olduğunu və obyektiv araşdırılmasını yazılı şikayət etmişdir. Vətəndaşın şikayətinə baxılarkən, o, izahat verməyə, sübutlarla tanış olmağa, şəffaf araşdırmada iştirak etməyə dəvət olunmalıdır, lakin bütün bu prosedurlar pozulmuş, o, heç bir halda dəvət olunmamış, işin araşdırılması və sübutların təqdimatı baş tutmamışdır. Nəticə etibarilə, protokol əsasında onun iştirakı və razılığı olmadan inzibati xətaya dair qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, qeyd edilən dairədə avtomobillərin hərəkəti intensivdir. O, bir müddət gözlədikdən sonra avtomobillərin axımının azalmayacağını görüb, avtomobili ilə keçə biləcəyini fikirləşib avtomobili, dairəvi hərəkətdə olan avtomoibilləri gözləmədən idarə etmiş nəticədə digər avtomobillər tərəfindən hər-hansı qəfləti tormozlanma baş verməmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, sürücü X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Qeyd edilən yol hərəkəti qaydasının pozuntusunu dövlət yol polis əməkdaşı vizual olaraq müəyyən etmişdir. Sürücü, tərəfindən dairəvi hərəkətdə olan avtomobillərə yol verilmədən və onlara maneə yaradılaraq, avtomobili idarə etmiş və bununla da yol hərəkəti qaydasını pozmuşdur. Qeyd edilənləri əsas gətirib şikayətin əsassız olduğunu bildirib onun təmin edilməməsinu xahiş etmişdir.Əlavə olaraq məhkəmə videogörüntü təqdim etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, videogörüntüyə baxış keçirərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında CD-diskdə qeyd edilən videogörüntülər tətqiq edilərkən X5 öz avtomobilini tanıyaraq videogürüntüdə əks olunan qayda pozuntusu anını şərh edərək bildirmişdir ki, yolun həmin hissəsində hərəkət çox zaman intensiv olduğundan özünü sürətli keçəcəyinə inanaraq özgüvənlə hərəkətə başlamış və bu səbəbdən qaydanı pozmadığını düşündüyünü bildirmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X5 xx.xx.2025-ci il tarixdə Xəqani Rüstəmov dairəsi ərazisində yolayrıcını keçmə qaydalarına riayət etmədiyinə görə Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət olunmaqla baxılaraq, Bakı şəhəri X10 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş qərarla Ş.A.Əlizadə qeyd edilən inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri X10 İdarəsinin əməkdaşı qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli elektron protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri X10 İdarəsinin əməkdaşı qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli elektron protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri X10 İdarəsinin əməkdaşı qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli elektron protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-2977/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2977/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver