Məhkəmə qərarları › İş №3(007)-298/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-298/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-298/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə və daxil olmuş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 31.10.2021-ci il tarixdə saat 22:05-də “Mazda CX-5” minik markalı ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” dairəsi yaxınlığında dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Həmin qərardan X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə daxil olmuş sənədlərə baxaraq hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Ə.Ə.Məmmədli tərəfindən verilmiş şikayət baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Sənədlərdən göründüyü kimi, mübahisələndirilən inzibati xəta Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “20 yanvar” dairəsində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, X1 Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: “X1 Bakı Nəqliyyat Agentliyinin 01 noyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar