Məhkəmə qərarları › İş №3(007)-2980/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2980/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2980/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 7WLUVG2, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə elektron qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol əsasında tərtib edilmiş eyni tarixli inzibati tənbeh haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə elektron qəbul edilmiş qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə X2 Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 07 iyun 2025-ci il tarixində saat 10:08-radələrində idarə etdiyim TOYOTA PRADO minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz istiqamətində hərəkət etdiyini, həmin günü axşam mobil nömrəsinə smslə AR İXM-nin 327.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli EQ 28419910 nömrəli qərar barədə məlumat daxil olmuşdur. Sonda Ş.A.Əlizadə Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə elektron qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol əsasında tərtib edilmiş eyni tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş orqanın nümayəndəsi şikayətə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iclasında X3 tərəfindən törədilmiş inzibati xətaya dair video görüntülərinin qeyd olunduğu CD disk məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, videogörüntüyə baxış keçirib, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol əsasında tərtib edilmiş eyni tarixli inzibati tənbeh haqqında qərarın surətindən görünür ki, Ş.A.Əlizadə xx.xx.2025-ci il tarixdə, TOYOTA PRADO minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul- Horadiz istiqamətində idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin, 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərarla qeyd edilən inzibati xətaların törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi TOYOTA PRADO minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul- Horadiz istiqamətində idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin, 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etmədiyinə görə o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci naddəində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. X3 barəsində tərtib edilmiş qərarla razı olmadığından həmin qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə araşdırması zamanı şikayət vermi X3 qeyd etmişdir ki, o, qəbul edilmiş qərarla ona görə razı deyil ki, o, avtomobili idarə edərkən ötmə əməliyyatını yolda çəkilmiş qırıq xətt üzərində etmişdir və bu səbəbdən də inzibati xəta törətməmişdir. Məhkəmə tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi TOYOTA PRADO minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz istiqamətində idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin, 1.1, 1.3 və 1.11 üfqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək 1.1 üfqi nişanlama xəttinin üzərindən avtomobillə keçib ötmə əməliyyatını həyata keçirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin İİİ bəndinə əsasən yolun nişanlanmasının aşağıdakı formaları vardır: 1) üfqi; a) uzununa (1.1—1.11); b) köndələninə (1.12—1.15); v) digərləri (1.16.1—1.25); 2) şaquli. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin Vİ bəndinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Göründüyü kimi X3 avtomobil idarə edərkən üfqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək 1.1 üfqi nişanlama xəttinin üzərindən avtomobillə keçib ötmə əməliyyatını həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə elektron qəbul edilmiş və faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol əsasında tərtib edilmiş eyni tarixli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə elektron qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol əsasında tərtib edilmiş eyni tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X2 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə elektron qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28419910 nömrəli elektron protokol əsasında tərtib edilmiş eyni tarixli inzibati tənbeh haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar