Məhkəmə qərarları › İş №3(007)-2983/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2983/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2983/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 3RN4AVA, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhər X6 İdarəsinin inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər X6 İdarəsinin qəbul etdiyi inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 20 iyun 2025-ci il tarixdə X1 Bakı şəhər X6 İdarəsinin qəbul etdiyi inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X3 şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində saat 15:54 radələrində Bakı İzzəddin Həsən oğlu 16 ərazisində onu X7 İdarəsinin əməkdaşı istismarında olan “Hyunday Santafe” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən avtomobili saxladıb ona bildirmişdir ki, avtomobilin arxa stopları yanmır nasazdır. O da öz növbəsində qanuna tabe olaraq arxa stopların yerində nasazlığını aradan qaldıracağını bildirmişdir. DYP-nin əməkdaşı avtomobilə baxış keçirdib nəqliyyat vasitəsinin ban şüşəsində ağ şəffaf örtüyün çəkilməsini və ona protokol yazılmasını bildirmişdir. O, polis əməkdaşına bildirmişdir ki, 4 il əvvəl bu nəqliyyat vasitəsini Koreyadan sifarişlə gətirmişdir. Ban şüşəsi ağ şəffaf örtüklü halda avtomobil heç bir nöqsan aşkarlanmayaraq gömrük yoxlanışından keçirilib. Bununla yanaşı hər il texniki baxışdan bu nəqliyyat vasitəsi yoxlanışdan keçir. Şəffaf örtük vasitəsi onun tərəfindən quraşdırılmayıb bu belə idxal olunub. İdarə etdiyi bu müddət ərzində bu barədə ona heç bir DYP-nin əməkdaşı tərəfindən irad bildirilməyib. O mübahisə etməyib əgər bu qanuna ziddirsə buyurun sökün və DYPİ-nin əməkdaşı öz növbəsində ban şüşəsinə çəkilmiş ağ şəffaf örtüyü yerindəcə sökmüşdür. Bundan sonra polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və idarəyə gəlməyi bildirmişdir. O isə öz növbəsində DİN-nin “102” xidmətinə şikayət etmişdir. Ona bildirmişlər ki, əgər razı deyildirsə məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq avtomobilin ban şüşəsinin ağ şəffaf örtüklü idxal olduğunu və belə halın ilk dəfə olduğunu nəzərə alıb xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş X3 məhkəmədə şikayət ərizəsinə uyğun izahat verərək məhkəmədn 15 may 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, həqiqətəndə avtomobilinin ön şüşəsinə şəffaf plyonka yapşdırılmışdır. Bakı şəhər DYPİ-nin nümayəndəsinin məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq nümayəndənin iştirakı təmin edilməmişdir və məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayə vermiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS ***-**** “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır, həmçinin hər il 01 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin21 yanvar 2023-cü il tarixli 18 nömrəli qərarı əsasında “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi” Qaydasının 2.1. bəndinə görə: 2.1.1. nəqliyyat vasitələri – minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar; 2.1.2. örtük – jalüz, pərdə və ya plyonka; 2.1.3. jalüz – öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuar; 2.1.4. pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər; 2.1.5. plyonka – işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. 3.1. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. 3.2. Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.3. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, İzzəddin Həsənoğlu 16 ərazisində “HYUNDAİ SANTA FE” minik markalı, **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə X3 barəsində 29 aprel 2025 il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 qəbul etdiyi inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərarla S.Y.Süleymanov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci, 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, işdə olan sübutlarla Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə S.Y.Süleymanovun şikayətində 29 aprel 2025-ci il tarixdə, Bakı, İzzəddin Həsənoğlu 16 ərazisində “HYUNDAİ SANTA FE” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu saxlamış yol patrul xidməti əməkdaşı tərəfindən ona ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə irad tutulduğunu qeyd etdiyini nəzərə alaraq, barəsində inzibati xəta haqqında qərar çıxarılmış S.Y.Süleymanovun həmin vaxt idarə etdiyi avtomobilə şəffaf örtük vasitəsinin onun tərəfindən quraşdırılmaması və avtomobilin belə idxal olunmasına dair dəlillərini inandırıcı hesab etmir və bu dəlilləri inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş sayır. Məhkəmə hesab edir ki, Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 qəbul etdiyi, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər X6 İdarəsinin əməkdaşı X2 qəbul etdiyi inzibati xəta haqqında 15 may 2025-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar