Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2986/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə material məhkəməyə daxil olmuşdur. Protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində - Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi, hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən bu məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə material ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə material ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2986/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2986/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver