Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2987/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2 (001) 1095/2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Şəxs arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli 1901/0648 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, lizinq obyekti olan “Kia Forte” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalı və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdeh Şəxs iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib olunmuş 23 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2 (001) 1095/2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs lizinq obyekti olan “Kia Forte” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçı "xxxx"ə qaytarmamış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında cavabdeh Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2 (001) 1095/2021-ci il tarixli icra vərəqəsi üzrə lizinq obyekti olan “Kia Forte” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı "xxxx"ə qaytarılmışdır. Odur ki, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat təqdim etməmişdir. Məhkəmə inzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2 (001) 1095/2021-ci il tarixli icra vərəqəsi üzrə lizinq obyekti olan “Kia Forte” markalı **- PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçı "xxxx"ə qaytarıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan əmlakın cavabdeh tərəfindən iddiaçıya qaytarılması ilə bağlı hal icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, cavabdeh Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib olunmuş 23 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə cavabdeh Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2987/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2987/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver