Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2991/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6645/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə 348,65 manat, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5659/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə 749,27 manat, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-10707 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 287,49 manat, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-10704 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 476,33 manat, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-10706 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 473,27 manat, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-10705 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 470 manat tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 2805,01 manat məbləğində borc yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru Tahir Ağayev məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində olan 6 icra sənədi bir icraatda birləşdirilmişdir. Uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədləri üzrə borcundan heç bir ödəniş etmir, icra vərəqəsində göstərilən tələbi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 2805,01 manat məbləğində borc yığılmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, işsiz olduğu və maddi imkanı yaxşı olmadığı üçün icra sənədləri üzrə borcunu ödəyə bilməmişdir. Hazırda da himayəsində xəstə anası var. Vaxt verilərsə, borcunu işləyib ödəyəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işsiz olduğu üçün ödəniş edə bilməməsini, icra sənədinin icrasından qərəzli yayınmadığını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6645/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə 348,65 manat məbləğində borc vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 5659/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs "xxxx" MMC-nin xeyrinə 749,27 manat məbləğində borc vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10705 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 520,61 manat məbləğində borc vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10706 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 473,27 manat məbləğində borc vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10704 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 476,33 manat məbləğində borc vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10707 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs "xxxx" ASC-nin xeyrinə 287,49 manat məbləğində borc vəsaiti tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, borcu Şəxs müvafiq icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində daxil olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6645/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, 2(007)-6645/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədləri, Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-10704 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-10705 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-10706 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-10707 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2991/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2991/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver