Məhkəmə qərarları › İş №3(007)-3/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxxxx 1971-ci ildə Ermənistan SSRİ-nin Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:28-də idarə etdiyi “Hyundai Santa FE” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis baş serjantı S.İ.Əlimanov tərəfindən xx.xx.2020-ci il tarixdə, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli, 3(007)- 1135/2020 saylı qərarına əsasən, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, ünvan 3 mənzil 75 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli, 3(103)-1723/2020 saylı qərarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli, 3(007)-1135/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin Dövlət X5 nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldakı izahatında spirtli içki qəbul etdiyini etiraf etmişdir. Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:20-də Babək prospektində hərəkətdə olarkən polis əməkdaşları onun avtomobilini saxlamışlar. Əvvəlcə polis əməkdaşı ondan nə üçün maska taxmadığını soruşmuş, o isə cavabında avtomobildə tək olduğu üçün maska taxmadığını demişdir. Sonra polis əməkdaşı onun “sms” icazəsinin olub-olmadığını soruşmuş, o, iş icazəsinin olmasına baxmayaraq sms icazə də aldığını bildirmişdir. Polis əməkdaşı avtomobilin içərisində onun sərxoşluq vəziyyətini yoxlayacağını bildirmişdir. O, pandemiya dövründə nə səbəbə avtomobilin içərisində sərxoşluq vəziyyətini yoxladıqlarını soruşmuşdur. Onun bu sözü polis əməkdaşının xoşuna gəlməmişdir. Polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini yoxlamış, alkotesterin göstəricisi 0,418% olmuşdur. Polis əməkdaşı təxminən 30-40 dəqiqə sonra onun təkrar sərxoşluq vəziyyətini yoxlamışdır. Alkotesterin göstəricisi yenə 0, 418% olmuşdur. 30-40 dəqiqə sonra alkotesterin göstəricisinin eyni çıxması mümkün deyildir. Onun bədəninin çəkisinə, ifraz olunma hallarına əsasən alkotesterdə olan göstərici 418% -dən az olmalı idi. O, polis əməkdaşına 2 gün əvvəl spirtli içki içdiyini demişdir. Polis əməkdaşı dediyi məzmunda izahat yazmağını təklif etmişdir. O da polis əməkdaşının dediyi məzmunda “həkimə ehtiyac olmadığını, DYP-nin alkotesterinə qanuni şəkildə üflədiyini, alkotesterdə olan 0,418%o göstərici ilə tam razı olduğunu, heç bir narazılığının olmadığını, srağagün spirtli içki qəbul etdiyini” yazıb imzalamışdır. Polis əməkdaşı onu həkim müayinəsinə aparmaq adı ilə aldadıb cərimə meydançasına aparmışdır. Avtomobilini cərimə meydançasına apardıqdan sonra aldadıldığını başa düşmüş, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 13:45-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə gedib orada müayinə olunmuş və müayinə zamanı ayıq olduğu məlum olmuşdur. O, xx.xx.2020-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:28-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü həkimə ehtiyac olmadığını, DYP-nin alkotesterinə qanunu şəkildə üflədiyini, alkotesterin göstəricisi 418% ilə tam razı olduğunu, heç bir narazılığının olmadığını, srağagün (09 iyul) spirtli içki içdiyini səmimi etiraf etdiyini” qeyd etmişdir. İş materiallarında olan Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:27-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,418% olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs yuxarıda göstərilən müayinənin nəticəsi ilə razılaşmayaraq, özü təkrar müayinədən keçmiş və “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/4496 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:45-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Bununla belə, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli, 3(103)-1723/2020 saylı qərarından görünür ki, artıq qeyd edilən məsələ ilə bağlı hüquqi mövqe bildirilmiş, belə ki, qeyd olunan qərarda ilkin və sonrakı müayinələr arasındakı saat fərqinin şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilməsinin mümkünlüyü qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AC seriyalı, 713070 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar