Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-300/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Köndələn uzununa 1-ci, ev 21 ünvanında yerləşən Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, Şəxs ASC tərəfindən AR Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 6-1.26.2.2022.16673 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Həmin inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da o, İXM-in 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 bildirdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən protokolda göstərilən pozuntu törədildiyi üçün ona bildiriş və məktub göndərilmiş, həmçinin buna dair poçt qaimələri də mövcuddur ki, Şəxs ASC tərəfindən göndərilmiş bildiriş və məktublar 25 noyabr 2022-ci il tarixlərdə qəbul edilmişdir. Buna baxmayaraq 2021-ci ilə dair emitentin illik hesabatı təqdim edilmədiyi üçün hüquqi şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qeyd olunan səbəbdən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-in 548.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs ASC həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli, EP № ******* saylı saylı inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 21 noyabr 2022-ci il tarixli Şəxs ASC-nin hüquqi ünvanına göndərilmiş məktubla müəyyən edilir ki, Şəxs ASC, 2021-ci ilə dair emitentin illik hesabatının 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi barədə xəbərdar edilmiş və həmin məktub və ona əlavə edilmiş sənəd ASC tərəfindən qəbul edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-300/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-300/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver