Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3001/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, X1 AR DİN Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR DİN Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022 ci il tarixdə Abşeron rayon, Masazır qəsəbəsi ərazisində ona məxsus olan 99UU771 DQN Mercedes Benz E class avtomobil ilə hərəkətdə olan zaman , heç bir yol hərəkət qaydası pozmadığı halda, YP-171 X7 idarə etdiyi yol polisi maşınının saxla əmri ilə avtomobili saxlamışdır. Əvvəlcə spirtli içkini yoxlamaq istədiyini bildirmişdir. Saxlama səbəbi soruşduqda, baş yola yol vermədiyini bildirmişdir. Zəhmət olmasa protokol tərtib edin söylədiyim zaman, mövzunu dəyişərək, maşınım da "Spicers" olduğunu və bunun əlavə avadanlıq sayıldığını, müvəqqəti duracağa gedməli olduğunu bildirmişdir. O isə razılaşmışdır. Əvvəl protokol tərtib etmədən aparmaq istəsədə , çox təkidimdən sonra İXM 342.2.3 maddəsi ilə İXP5012217 nömrəli protokol tərtib etmişdir. xx.xx.2022 ci il tarixdə Abşeron DYPİ nə getmiş, 7 ci otağa yönləndirilmişdir. 7 ci otaqdan isə geyt inspektorla danış razılaş cavabı verilmişdir. Heç bir köməklik göstərməmiş, inspektorla görüşüb bildirmişdir ki, təkərlərə düşən nəqliyyat vasitəsinin tam kütləsinin ağırlığı bərabər paylanmasını, təkər bazasının düsturunun pozulmasını göz ilə qərar vermək olmaz, ekspert təyin olunmasını tələb etmişdir. Cavabında Ekspert elə mən özüməm demişdir. xx.xx.2022 ci ildə DİN-ə etdiyi müraciətdən sonra , 11,11.2022 tarixdə Abşeron DYPİ ona zəng edib avtomobili servisə texniki baxışa apacaqlarını bildirmişlər. Mercedes servis texniki yoxlama zamanı Spicerslərin zavod tərəfindən quraşdırılmadığını qeyd etmişlər. Amma nəyəsə mane olduğunu, təkər düsturunun pozulmasına və ya təkərlərə düşən kütləyə mane olmasını söyləmişlər. YPX əməkdaşı ilə birlikdə servisdən dəfələrlə soruşub və tələb etmişdir ki, əgər spicerlər nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə imasına mane olursa yazılı sənəd versinlər. Servis belə bir sənəd. venfnpdi, DYP əməkdaşı inspektor X8 sökmədiyi müddətdə duracəqdan çıxa bilməyəcəyini bildirdikdən sonra xx.xx.2022 tarixdə Spicersləri müvəqqəti duracaqda sökdürüb avtomobilini müvəqqəti duracaqdan çıxartmışdır. Qeyd edir ki, avtomobili 10 gun duracaqda qalmışdır. BDYPİ-nə ünvanladığı şikayətə cavab olaraq , xx.xx.2022 ci il tarixdə Abşeron Rayon Polis idarəsi müraciəti ilə bağlı avtomobilinin ön yaylarının standartlara uyğur olmadığını bildirərək qərar çıxartmışdır. Vətəndaş olaraq ona maraqlıdır hansı əsasla bu qərarı veriblər?! YPX əməkdaşı avtomobilini saxlatdığı zaman əvvəl içki yoxlamaq İstədiyini bildirir, sonra baş yola yol vermədiyini iddia edir və sonda Spicerləri söyləyərək protokol yazır, əgər nəqliyyat vasitəsində yaylar standarta uyğun deyildisə, yaylar dəyişilməmiş müvəqqəti duracaqdan çıxmaq üçün buraxılış verməzdilər. Hətta servisdə texniki baxış zamanı spicersler və yaylar barədə heç bir mənfi rəy yazmayıb, avtomobilini duracaqdan spicerslər söküldükdən sonra çıxartmışdır. Spicerslərin zavod tərəfindən quraşdırılmamağı o demək deyil ki, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə bərabər paylanmağına mane olur.Odur ki, şikayətçi İXP ******* saylı protokolun və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə göstərilənlərə əsasən, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR DİN Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan AR DİN Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X4 həqiqətən də, AR İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəat hadisəsini törətmidir. AR DİN Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən yuxarıda qeyd edilən faktlar əsasında qanunauyğun olaraq xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar tərtib edilərək, X4 inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən AR İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarla tam sübuta yetirilir. İnzibati tənbehi istisna edən hallar mövcud deyildir və şikayətçi hadisənin onun tərəfindən törədilməməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR DİN Abşeron DYP-nin Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3001/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3001/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver