Məhkəmə qərarları › İş №3(007)-3002/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3002/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3002/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunan 12 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" MMC 15604.68 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 05 may 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokola dair material 23 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, material baxılması üçün icraata qəbul edilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Hazırkı halda məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokola dair material mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 15604.68 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlı həmin MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10 iyun 2025ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün göndərilmiş, inzibati xəta haqqında protokola dair material 18 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, material 3(007)-2962/2025 nömrəsi altında qeydə alınmaqla baxılması üçün icraata qəbul edilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, 10 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli və 12 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə ehtimal olunan xətalar eyni əsasa görədir, 15604.68 ABŞ dolları məbləğində olan vəsaitin bank hesabından 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlı inzibati xətaya görədir, ona görə hüquqi şəxs "xxxx" MMC-nin bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə yol verilməməlidir. Xətalar eyni olduğuna görə isə, işlərin bir icraatda birləşdirilməsinə əsaslar yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, 10 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material məhkəməyə daha əvvəl daxil olmaqla hazırda işin məhkəmə icraatı davam etdiyindən, 12 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 12 iyun 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar