Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3003/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 20 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən "xxxx" MMC barəsində olan dörd ədəd icra sənədinin icrasını Şəxs üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədləri "xxxx" MMC-nin maliyyə çətinliyi səbəbindən icra edilməmişdir. Tez bir zamanda icra sənədlərini icra edəcəyinə söz verir. Qeyd etdiklərinin nəzərə alınmasını və barəsində inzibati tənbehin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, "xxxx" MMC-dən ödənilməmiş əmək haqqı olaraq ümumilikdə 20054,60 manat pul, mediasiya sessiyası üçün ödənilməmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 170 manat pul vəsaiti alınaraq ona ödənilməlidir. İcra sənədinin icrasını tələb edərək, qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1803/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 20274,6 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 7008/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs3 ilə borclu "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5805 manat əsas borc, əsas borca illik 05 faizlə hesablanmaqla 141,55 manat olmaqla ümumilikdə 5946,55 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsinə dair icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 88/2025-032 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən ödənilməmiş əmək haqqı olan 1583,98 manat, əmək haqqının gecikdirilməsinə görə 3120,44 manat ödəncin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 321 manat, etibarnamələr üzrə ödənilmiş 71,25 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pulun X1 xeyrinə tutulmasına dair icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 30 saylı Notariat Ofisinin borclu "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158,02 mant məbləğin tələbkar Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulmasna dair xx.xx.2025ci il tarixli 8İ-6228 saylı icra qeydinə əsasən xx.xx.2025-ci il tarixdə icraat başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bak şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7008/2024 saylı xx.xx.2024-cü il tarixli, Bakı şəhərNizami Rayon Məhkəməsinin 2(007)-88/2025 saylı xx.xx.2025-ci il tarixli və Bakı şəhər 30 saylı Notariat Kontorunun 8İ-9228 saylı xx.xx.2025ci il tarixli icra sənədlərinə əsasən Bakı şəhər Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3003/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3003/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver