Məhkəmə qərarları › İş №3(007)-3004/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3004/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3004/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC- nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin tibbi nəzarət şöbəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 90 ünvanında olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə təqdim etdiyi yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərsun Holdinq MMC-nin Tibb Xidmətində işçilər (həkimlər) tərəfindən hüquqi şəxsin işçilərinə sadəcə ilkin tibbi yardım göstərilir. “Özəl tibb fəaliyyəti haqqında” AR Qanunun 4-cü maddəsinin tələblərinə əsasən isə, ilkin tibbi yardım göstərilməsi lisenziyadan kənar fəaliyyət hesab edilmir. Hüquqi şəxsin Tibbi Xidmətində çalışan bütün işçilər (həkimlər) müvafiq qaydada sertifikasiyadan keçmişdirlər. Hüquqi şəxs səyyar tibbi xidmətlə məşğul olmamış, tək təsisçisi olduğu Bakı Qida və Yağ Fabriki MMC-də işçilərə ilkin tibbi yardım göstərilmişdir. Hazırki işdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin ən ciddi əsası ondan ibarətdir ki, səlahiyyətli orqan yoxlamalar zamanı “Özəl tibb fəaliyyəti haqqında” AR Qanununun 4-cü maddəsinin tələblərini pozmuş, AR Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”-nın (1 nömrəli Əlavə) 2-ci bəndinin tələblərini nəzərə almamış, hüquqi şəxsin Tibb Xidmətində fəaliyyət göstərən həkimlərin həm hüquqi şəxsin, həm də onun tək təsisçisi olduğu Bakı Qida və Yağ Fabriki MMC-də hansı fəaliyyətlə məşğul olmaları barədə heç bir araşdırma aparmamış, nəticədə inzibati xəta hadisəsinin olub-olmaması barədə yanlış qənaətə gəlmiş, AR İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsini iş üzrə yanlış tətbiq etmiş, qanunsuz və əsassız inzibati xəta haqqında protokol tərtib etmişdir. Hüquqi şəxs struktur vahidi olan Tibb Xidmətinin əsas vəzifəsi və funksional təyinatı hüquqi şəxsin işçilərinə ilkin tibbi yardımın göstərilməsidir və Tibb Xidmətində çalışan işçilər (həkimlər) hüquqi şəxsin səhhətində narahatlıq yaşayan işçilərinə onların müraciəti əsasında sadəcə ilkin tibb yardım göstərməklə məşğul olmuşlar. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş aktda adı qeyd edilən həkim X12, həkim X13 və həkim X15 ixtisasca müvafiq olaraq “anestezioloq-reanimatoluq” və “pediatr” olmalarına baxmayaraq hüquqi şəxsin Tibbi Xidmətində “anestezioloq-reanimatoluq” və “pediatr” olaraq fəaliyyət göstərmirlər, onlar sadəcə ilkin tibbi yardım fəaliyyəti ilə məşğuldurlar. Əksini iddia etmək də ağlabatan deyildir, çünki “anestezioloq-reanimatoluq” əməliyyat, “pediatr” isə uşaq həkimidir, kommersiya hüquqi şəxsində çalışan işçilərin isə şirkət daxilində əməliyyat olunması təbii ki, mümkünsüzdür, o cümlədən, şirkətdə çalışan işçilər də uşaq deyil, yetkinlik yaşına çatmış insanlardır. Deməli, aydındır ki, həmin həkimlər müvafiq olaraq “anestezioloq-reanimatoluq” və “pediatr” fəaliyyəti ilə yox, ilkin tibbi yardım göstərilməsi ilə məşğuldurlar. Bu fakt həkimlərin əmək müqaviləsi üzrə əmək funksiyaları, həm də xəstə qəbul qeydiyyat vərəqələri ilə tam təsdiq edilir. Səlahiyyətli orqan isə yoxlama apararkən həkimlərin faktiki olaraq hansı fəaliyyətlə məşğul olmalarını araşdırmaq əvəzinə həkimlərin ixtisasları ilə lisenziyadakı fəaliyyət növünü müqayisə etmiş, həkimlərin və onların qəbul etdiyi xəstələrin (işçilərin) yazılı izahatını almamış, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Halbuki “Özəl tibb fəaliyyəti haqqında” AR Qanununun 4-cü maddəsinin 4cü abzasına əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyin birbaşa tələbinə əsasən ilkin tibbi yardımın həyata keçirilməsi lisenziyada göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi hesab edilmir. Həmçinin, AR Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”-nın (1 nömrəli Əlavə) 2-ci bəndində göstərilən lisenziyalaşdırılan tibb xidmətlərinin siyahısında ilkin tibbi yardım lisenziyalaşdırılan tibb xidməti kimi müəyyənləşdirilməmişdir. “Özəl tibb fəaliyyəti haqqında” AR Qanununun 4-cü maddəsinin 4-cü abzasına əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Bundan əlavə, qeyd olunmalıdır ki, həkim X12, həkim X13 və həkim X15 hər biri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sertifikasiyadan keçmişdirlər. Hüquqi şəxsin səlahiyyətli orqan tərəfindən ittiham olunduğu digər məqamlardan biri də hüquqi şəxsin səyyar tibbi xidmətlə məşğul olmasıdır, halbuki səlahiyyətli orqan bu istiqamətdə də heç bir araşdırma aparmamış, Bakı Qida və Yağ Fabriki MMC-də heç bir yoxlama həyata keçirməmiş, orada işləyən həkimlərin hansı növ tibb fəaliyyəti ilə məşğul olduğunu araşdırmamış, həkimlərin və onların qəbul etdiyi xəstələrin (işçilərin) yazılı izahatını almamış, xəstə qəbul qeydiyyat vərəqələrini analiz etməmiş, sadəcə formal qərar – inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki iş materialları ilə də açıq-aşkar görünür ki, hüquqi şəxsin işçiləri (həkimləri) tərəfindən onun tək təsisçisi olduğu Bakı Qida və Yağ Fabriki MMC-də işçilərə sadəcə ilkin tibbi yardım göstərilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi lisenziyada göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi hesab edilmir. Səlahiyyətli orqan ümumiyyətlə yoxlama apararkən hüquqi şəxsin və onun struktur vahidi olan Tibb Xidmətini araşdırmamış, hüquqi şəxsin özəl tibb müəssisəsi (özəl xəstəxana və s.) olmadığını və bu fəaliyyətdən hər hansı gəlir əldə etmədiyini nəzərə almamış, hüquqi şəxsə qarşı heç bir araşdırma aparmadan formal və ifrat bürokratlıq nümayiş etdirmişlər. Sonda hüquqi şəxs Şəxs MMC-nin əməllərində inzibati xəta hadisəsi mövcud olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X5nin Tibbi-Nəzarət Şöbəsinin mütəxəssisi X7 tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Səhiyyə Nazirliti Analitikekspertiza Mərkəzinin Tibbi-Nəzarət şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:25-də Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar terapevtin iş üzrə səyyar xidmətin göstərilməsi və sertifikatsız özəl tibbi profilaktiki fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin “X5” Özəl tibb müəssisələrində T-205 nömrəli planlı yoxlama aktından görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5 ünvanında xx.xx.2025-ci il tarixdə saat 14.25-də müəssisədə (terapevtik iş-tibb məntəqələri lisenziyada göstərilən ünvan üzrə və “Bakı Qida və Yağ Fabriki" MMC-yə məxsus tibb məntəqələri; MMC-lər arasında bağlanmış 01/T saylı əməkdaşlıq Müqavilə xx.xx.2019-cu il) tibbi qeydiyyat sənədləri (F-074; F-029; F- 025) aparılmır. Görülən iş üzrə tibbi statistik hesabatlar yoxdur. Fəaliyyətlə bağlı əmələ gələn tibbi tullantıların idarə edilməsi işləri müvafiq “Təlimat”a uyğun təşkil edilməyib. Cavabdeh şəxs; müvəqqəti saxlama yeri; “Təhvil-təslim" və “Zərərsizləşdirmə" barədə AKT-lar). Müəssisədə çalışan həkimlərin ixtisas üzrə vəzifəyə təyinatı arasında uyğunsuzluq faktı aşkar edildi: həkim "anestezioloq-reanimatoluq" X12; həkim “pediatr" X8 və həkim "pediatr” X15 həkim vəzifəsinə təyin edilərək terapevtik işi üzrə fəaliyyətinin göstərilməsi (lisenziya üzrə). “Bakterisid lampanın işləməsinə" və “Alətlərin sterilizasiya işlərin aparılmasına" dair qeydiyyat jurnalı aparılmır. “Sterilizator" cihazında ilk (təxirəsalınmaz) yardımında istifadə olunan alətlər (“pinset" və “qayçı”) aşkar edildi. Alətlərin sterilizasiya prosessində istifadə olunan dezinfeksiya edici məhlullar, ləvazimatlar (konteynerlər) paketləmə aparatı aşkar edilmədi. Müəssisənin “Heyət” otağında divarların və tavanın səthlərin tamlığı pozulmuşdur. Dərman vasitələrinin saxladığı soyuducuda termometr aşkar edilmədi, "xxxx" aparılmır. Müəssisədə görülən işlər üzrə (“terapevtik”) müvafiq setrifikasiyadan keçmədən özə! tibbi praktiki fəaliyyəti ilə məşğul olma faktı aşkar edildi: həkimlər - X8, X15 və X12. Müəssisədə "baş həkim" vəzifəsində çalışan X1 özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktı aşkar edilmədi. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilməsi faktı aşkar edildi. Rəhbərlik tərəfindən tərtib edilmiş forma üzrə xəstələrin qeydiyyatı və xx.xx.2019-cu il tarixli 01/T saylı “Əməkdaşlıq Müqavilə” sənədlərinə əsasən müəssisə “terapevtik" işi üzrə səyyar xidmətinin göstərilməsi (“Bakı Qida və Yağ Fabriki" MMC-yə məxsus yaradılmış tibb məntəqələrində) Foto şəkillər çəkildi. Yoxlama ilə bağlı İXM 215.4 və 215.1. Protokol MN N ******* tərtib edilmiş müəssisədə yoxlama qanuni nümayəndə (vəzifə üzrə “baş həkim”) X2 iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr üzrə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” X19 xx.xx.2025-ci il tarixli 3-28-1/2-16596/2025 nömrəli bildiriş məktubundan görünür ki, hazırda Şəxs MMC-nin fəaliyyət ünvanı Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5-də yerləşən obyektdə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəyi barədə Şəxs MMC-nə qabaqcadan xəbər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” X19 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-598/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5 ünvanında yerləşən Şəxs MMC-nə məxsus obyektdə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində plan üzrə yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2025-ci il tarixli KY252317202 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5 ünvanında yerləşən Şəxs MMC-nə məxsus obyektdə plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 088210 nömrəli özəl tibb fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyanın surətindən görünür ki, Şəxs MMC-nə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5 ünvanında özəl tibbi fəaliyyət ilə məşğul olmasına müddətsiz icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-nə xx.xx.2016-ci il tarixli İSN/L-203/2036 qeydiyyat nömrəsi ilə verilmiş 088210 saylı lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-nə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi ünvanında ambulator tibb xidmətinin göstərilməsinə icazə verilən ixtisas növləri üzrə görülən işlərin siyahısı Terapiya: Terapivtik xidmətdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AH seriyalı 058968 nömrəli praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, həkim X9 Azərbaycan Respublikası ərazisində anesteziologiya-reanimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Sertifikasiya şəhadətnaməsi xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmişdir, xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AH seriyalı 052863 nömrəli praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, həkim X11 Azərbaycan Respublikası ərazisində pediatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Sertifikasiya şəhadətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir, xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AH seriyalı, 052148 nömrəli praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, həkim X4 Azərbaycan Respublikası ərazisində pediatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Sertifikasiya şəhadətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir, xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materiallarında olan əmək müqaviləsi və əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə X12, X15, X8 arasında əmək müqaviləsi bağlanılaraq həmin şəxslər həkim kimi əmək fəaliyyətinə cəlb olunmuşlar. Məhkəmə proses iştirakçısının izahatına, iş materiallarına əsasən hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Özəl tibb fəaliyyəti haqqında qanunun 4-cü maddəsindən görünür ki, özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.4-cü bəndinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası qanununun 49-1-ci maddəsinə əsasən: Praktik tibb və ya əczaçılıq ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzrdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə)onların fəaliyyət sahəsinə biləvasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Ali və orta ixtisas tibb təhsil müəsisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəsisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə həmin şəxslərin beş il müddətində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına icazə verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin 2-ci hissəsin tələblərinə əsasən əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi həmin maddə ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, praktik tibb və əczaçılıq fəaliyyəti ilə sertifikasiyadan keçməyən şəxslər məşğul olsun. Hazırki işdən isə görünür ki, "xxxx" MMC-nin fəaliyyəti tibb müəssisəsi deyil və bu səbəbdən bu müəssisəyə qəbul olunan həkimlər praktiki tibb fəaliyyəti ilə məşğul olmur. Hazırki protokol tərtib edilərkən də X6, X10, X3 həkim kimi birbaşa praktik fəaliyyət göstərməsinə dair heç bir sübut işə əlavə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC-nin min nəfərdən çox işçisi var. Bu halda isə Əmək Məcəlləsinin tələbinə görə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilmiş və bu strukturun xüsusiyyətinə uyğun olan peşə hazırlığı və təhsili olan həkimlər əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin tərkibində çalışan həkimlər praktik tibb fəaliyyəti ilə məşğul olmur, onların təyinatı ilkin tibi yardım göstərilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, "xxxx" MMC barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu səbəbdən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar