Məhkəmə qərarları › İş №3(007)-3013/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3013/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3013/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X4, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakları ilə, X5, 05 iyun 1989-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 13 dekabr 2022-ci ildə X5 Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri BPİ-nin DYPİnin YPX inspektoru X7 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək, İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməklə 60 AZN cərimə olunmuşdur. İXP ******* nömrəli protokola etirazını bildirdiyi üçün qərarsız olaraq sistemə vurulmuşdur və bu barədə “Asanpay.az” şəxsi kabineti vasitəsilə şikayət ərizəsi ünvanlamışdır. Onun iştirakı olmadan xx.xx.2022-ci il tarixdə İXM-nin 114-cü maddəsi rəhbər tutularaq, TP ******* nömrəli qərar Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X2 tərəfindən qəbul olunmuşdur. Qəbul edilmiş qərarla razı olmadığı üçün məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri BPİ-nin DYPİ-nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinə ərizə ilə müraciət etmişdir. Etdiyi müraciətlər cavabsız qalmamışdır. Həmin müraciətlərin və gələn cavabların bir nüsxəsini qoşma fayla əlavə etmişdir. Qurumlardan göndərilmiş məktublara nəzər salındıqda əməlində inzibati xəta tərkibinin olmadığı sübut olunur. Göstərilənlərə əsasən, baş vermiş mövcud halı və qanunvericiliyin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri BPİnin DYPİ-nin YPX inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə xx.xx.2022-ci ildə qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yolisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati təhbeh vermə haqqında qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yolisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 23 noyabr 2022ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yolisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar