Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3015/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, qərarından şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin İnzibati təcrübə üzrə baş inspektoru, polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 may 2023-cü il tarixində idarə etdiyi “Moskvich 412” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə, Nizami rayonu, Nəsimi küçəsi istiqamətində hərəkət edən zaman YPX avtomobili “saxla” əmri vermişdir. O, qanuna əsasən, onun “saxla” əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbi olaraq Nəsimi küçəsi ilə kəsişmədə olan Məhsəti küçəsindən gələn nəqliyyat vasitəsinə yol vermədiyini bildirmişdir. O, YPX inspektoru X4 Azərbaycan Respublikasının "X13" Qanununun 77-ci maddəsinin 3-cü bəndini əsas götürərək (Eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir) üstünlüyə malik olduğunu bildirsə də, YPX inspektoru X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olmadığı xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etmişdir. 10 may 2023-cü il tarixində Daxili İşlər Nazirliyinin elektron kabinetində "qərarsız" olaraq yerləşdirilmişdir. Həmin tarixdə də, yəni 10 may 2023-cü ilə o, bu səhv tərtib edilmiş inzibati protokol haqqında BDYPİ-ə şikayət ərizəsi ünvanlamışdır. 20 may 2023-cü il tarixi üçün Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru H.Hüseynov ilə işə baxılması üçün bildiriş almışdır. Həmin tarixdə Nizami RPİ-nin DYPŞnə gəlmiş və inzibati xətanın hallarına aydınlıq gətirdikdən sonra, inspektor 22 may 2023cü il tarixi üçün onunla əlaqə saxlayacağını, görüntülərə baxış keçirib həqiqətin düzgünlüyünə qərar verəcəyini söyləmişdir. Buna baxmayaraq, heç bir zəng və ya bildiriş olmadan, rəsmi müraciətiə cavab verilmədən xx.xx.2023-cü il tarixində barəsində tərtib edilmiş inzibati protokola görə qərar elektron kabinetdə yerləşdirilmişdir. Yenidən Nizami RPİ-nin DYPŞ-nə yaxınlaşmış və ona bu dəfə 25 may 2023-cü il tarixində məlumat verəcəklərini və görüntüyə hələ baxış keçirmədiklərini bildirmişlər. Həmin məsul şəxsə artıq protokolun qərarlı olduğunu demiş, nəticə olaraq daha heç bir şey edə bilməyəcəklərini bildirmişlər. İXM-nin 144-cü maddəsini kobud şəkildə pozaraq, şikayət məktubuna cavab verilmədən barəsində səhv tərtib olunmuş inzibati protokol ödəniş sistemində yerləşdirilmişdir. Halbuki, İXM-nin 144-cü maddəsinə əsasən qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi BDYPİ-nin əməkdaşları İXM-nin yuxarıda göstərilmiş maddələrini kobud surətdə pozmuşdur. Beləliklə, hesab edir ki, İXM-nin 53-cü maddəsinin 53.1.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, nizamlanan yol ayrıcı və nizamlanmayan yol ayrıcılar var ki, həmin yer nizamlanmayan yol ayrıcıdır. “VAZ 2107” markalı avtomobilin gəldiyi yolda “stop” yol nişanı var, yəni dayanmadan keçmək qadağandır. Hər iki yol ikinci dərəcəli olduğundan sağdan gələn avtomobil eyni əhəmiyyətli yollarda üstündür. “VAZ 2107” markalı avtomobil ona yol verməli idi. Məhkəmədən şikayətinin təmin edilməsini, xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 izahat verərək bildirmişdir ki, X3 inzibati xəta törətdiyi yer Məshəti küçəsi ilə Nəsimi küçələrinin kəsişməsidir. Sürücünün hərəkət etdiyi yolda “Yol verin” yol nişanı quraşdırılmışdır. “Yol verin” yol nişanının olduğu yolda hərəkət edən nəqliyyat vasitəsi digər yoldan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Sürücü “Yol verin” yol nişanının tələblərinə riayət etməyərək soldan gələn “VAZ 2107” markalı avtomobilə yol verməmişdir. X3 barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar qanuni və əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “MOSKVİÇ 412” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Mehdi Abbasov küçəsində təhlükəsizlik kəməri bağlamadan idarə etmiş, yol nişanlarının tələblərinə riayət etməmiş, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 329.1, 327.1, 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1, 327.2 və 329.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarına və X3 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, T.K.Qorçiyevin göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3015/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3015/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver