Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3029/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, qərardan şikayət vermiş X3 vəkili Nümayəndə2, protokol tərtib edən şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru – polis serjantı X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin 13 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin 13 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə idarə etdiyi “X9 110 minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 17:51 radələrində M.Əliyev küçəsində hərəkətdə olarkən DYP əməkdaşı onu saxlamış, telefondan istifadə etdiyini və buna görə cərimə yazılacağını bildirmiş, o, telefondan istifadə etməyini, qulaqcıq vasitəsilə danışdığını, telefonun isə avtomobilin bar adlanan hissəsinin üzərində olduğunu bildirməsinə baxmayaraq, barəsində İXM-nin 342.6-cı maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Hesab edir ki, protokol qanunsuzdur, İXM-nin 8-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərtib etmiş orqanın vəzifəsi olduğundan Polis əməkdaşına qayda pozuntusunun ona sübut edilməsi və izah edilməsi xahiş etsə də, o, protokol tərtib etmiş, sübut təqdim etməmişdir. Bundan sonra həmin Porotokoldan DYPİ Şikayət ünvanlamışdır. Belə ki, idarənin əməkdaşı tərəfindən formal araşdırma aparılmış, heç bir kamera görüntüsü və əlavə sübut olmadan barəsində TP ******* saylı qərar qəbul edilmişdir. İdarə etdiyi “X9 110 minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İXP ******* saylı protokol üzrə inzibati xəta barədə iş üzrə qanunsuz qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 vəkili Nümayəndə2 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru – polis serjantı X4 qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin 13 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:51 radələrində ünvan 1 ünvanında “X9 110 minik” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarında olan və həmçinin sonradan məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, şikayətçi ilə protokol tərtib edən səlahiyyətli şəxs arasında keçən danışıq zamanı şikayətçi əlində telefon olduğunu etiraf etmişdir. AR DİN Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru – polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, X5 həqiqətən də, AR İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmidir. AR DİN Nizami rauon DYPŞ-nin polis mayoru X2 tərəfindən yuxarıda qeyd edilən faktlar əsasında qanunauyğun olaraq xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar tərtib edilərək, X5 inzibati qaydada cərimə edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon DYPŞ-nin 13 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3029/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3029/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver