Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3038/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 və Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 13494,15 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 04 may 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 13494,15 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə 18 iyun 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında bildirmişdir ki, komisyon fəaliyyəti çərçivəsində "xxxx" MMCnin tapşırığı ilə "xxxx" MMC-nin adına ölkəyə göndərilən və təmsil etdiyi şirkət tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilən mallar üçün gömrük bəyannaməsində ödəniş şərtinin kodu olaraq 100 seçilməsi zamanı texniki xəta baş vermiş, və gömrük bəyannaməsinin imzalanması mümkün olmamışdır. Təchiz edilən mallar üçün ödənişlər "xxxx" MMC tərəfindən bilavasitə xarici təchizatçıya deyil, Şəxs MMC-nin ölkə daxili bank hesablarına həyata keçirildiyi üçün, ödəniş tapşırığında hər hansı pinkodun qeyd olunması ümumiyyətlə nəzərdə tutulmamışdır. Sözü gedən malların dəyərinin ödənişi bilavasitə Şəxs MMC tərəfindən xarici köçürmə qaydasında xarici təchizatçıya həyata keçirildiyi üçün, xarici köçürmə məqsədləri üçün xarici ticarət fəaliyyətini təsdiq edən sənədlərin dövlət gömrük komitəsinə məxsus olan müvafiq elektron sistemdə qeydiyyata alınaraq pinkodu əldə etmək vəzifəsi də Şəxs MMC-nin üzərinə düşür. Şəxs MMC xarici bank köçürməsi zamanı ödəniş sənədində özünə aid olan VÖEN-ə bağlı pinkoda istinad edir. Qeyd olunanları nəzərə alaraq Şəxs nümayəndəsi X2 məhkəmədən inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 protokola uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 may 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs həmin tarixdə 13494,15 Avro məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" açıq səhmdar cəmiyyətində olan hesabından “Anelysis PCC” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 12 may 2025-ciu il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən 04 may 2023-cü il tarixdə 13494,15 Avro məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 (iki) il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3 bəndinə və 4.3.1.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 02 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın obyekti olmuş 13494,15 (on üç min dörd yüz doxsan dörd avro, on beş sent) Avro vəsaitin 20 (iyirmi) faizi miqdarında, 2698,83 (iki min altı yüz doxsan səkkiz avro səksən üç sent) Avro məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakimi Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3038/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3038/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver