Məhkəmə qərarları › İş №3(007)-3045/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3045/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3045/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 inzibati xəta haqqında protokoldan şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə şikayət verərək, Bakı şəhəri Nizami DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmiş və digər tələblər irəli sürmüşdür. Şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Şikayətin məzmunundan və ona əlavə olunan protokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, hansı ki, həmin işlərə baxılması səlahiyyəti məhkəməyə aiddir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən X1 barəsində tərtib olunmuş 08 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün məhkəməyə göndərilmişdir, hazırda 3(007)-2912/2025 nömrə ilə qeydə alınmış həmin iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda, X3 məhkəmədə həmin protokol üzrə inzibati xəta haqqında işə baxılmasında iştirak edə, işin müvafiq hallarını mübahisələndirə, qanunvericilikdə nəzərdə tutulan qaydada vəsatətlər, etirazlar edə və digər hüquqlarını yerinə yetirə, o cümlədən narazı qaldığı halda qəbul ediləcək qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 inzibati xəta haqqında protokoldan şikayəti geri qaytarılmalı, yuxarıda göstərilən xüsusatlar ona izah olunmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 08 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayəti geri qaytarılsın. Məhkəmədə həmin protokol üzrə inzibati xəta haqqında işə baxılmasında iştirak edə, işin müvafiq hallarını mübahisələndirə, qanunvericilikdə nəzərdə tutulan qaydada vəsatətlər, etirazlar edə və digər hüquqlarını yerinə yetirə, o cümlədən narazı qaldığı halda qəbul ediləcək qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilmək hüquqları X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar